Türkiyəli general-polkovnik Bəxtiyar Ərsay Azərbaycan uniformasında müşavirədə iştirak edib.
Burada təəccüblü və qeyri-adi heç nə yoxdur. Şuşa Bəyannaməsi var, hətta başqa müşavirələrdə də türk generallarda iştirak edə bilər.
Hesab edirəm ki, bəzi mövzuların üzərinə vurulmuş “məxfilik qrifləri” aradan qaldırılacaq.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
İranla sərhəddəki həri təlimlər də müzakirəyə çıxarılıb.
Mümkün variantlar:
1. Türkiyə modelli antiterror əməliyyatlarının gündəliyi hazırlanır,
2. Ermənistanla sərhəddəki əməliyyatlar təhlil edilərək itki sayının azaldılması və daha effektiv nəticələrə nail olunması üçün Türkiyə ilə məsləhətləşmələr aparılır,
3. İranın şərti hücum planı barədə fikirlər var və Bakı ilə Ankara təhlükəsizliyi qorumaq üçün birgə iş planı hazırlayırlar.
Aqşin Kərimov, siyasi şərhçi