Fikir verin, II Dünya müharibəsindən sonra SSRİ işğalında qalıb, 1990-cı ildə azad olan Şərqində boşluqdur. Almaniya maşını 32 ildir Şərqində yaşayan insanların düşüncə və həyat tərzini dəyişə bilmir. Almaniyanın Şərqi ən tüfeyilli, rüşvətə meyilli, qanun pozan, vergidən qaçan, dövlət işlərinə və seçkilərə qatılmayan ərazisidir. Almaniyada olmamışam, ancaq bir dəfə dostum canlı açdı, binaları da bizimkinə oxşayır, bir rayonu göstərdi elə bil Əhmədlidir. Bugün qarşıma statistka çıxdı Şərqi Almaniya həm də ən çox alkoqola, yeyib içməyə meyilli, dövlət hesabına dolanan işsiz insanların yaşadığı yerdir.
Bunlar 1948-1990 arası 42 il Sovetlər görüb. Yazıq Azərbaycan 72 il SSRİ işğalında, 105 il də Çarlıq işğalında qalıb. Bizdən fərqli olaraq onlar Lenin-Stalin represiyalarını görməyiblər. Sovet maşını A-dan Z-yə Azərbaycan xalqının ənənələrini, psixalogiyasını, düşüncəsini pozmağı bacarıb. Necəsinin bir çoxunu sayaram, mübahisə yaranar, statusun məğzi itər.
Biz yaxşıyıq, dünyanın ən döyüşkən toplumunu çəkincək Özbəyə çeviriblər, ən işguzar toplumunu ərincək Qazaxa çeviriblər, ən kurnaz və üsyançı toplumundan nökər Türkmən düzəldiblər.