Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələrinin formalaşdırdığı

 “Gəncliyin Zəfər Sədası” adlı vahid platformanın fəal iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Layihənin uğurla başa çatması ilə bağlı reallaşan tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Şəbəkənin aktiv üzvlərinin hər birinə xüsusi təşəkkürnamə verilib.  

 BDU-nun və Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi iştirakçılara həm təşəkkür, həm də təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, noyabrın 6-dan 8-dək olan müddətdə 500-ə yaxın gənc müvafiq həştəqlərlə tvitlər atıb. Əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərlə əlaqəli yaradılan həştəqlər həm respublika daxilində, həm də dünya trendində sırasında birinci yerə yüksəlib.

 Sözügedən layihənin üzvləri sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edib: #Zəfərinamdanbaşlayır #Zəfərfədakarlıqlaqazanılır #Zəfərqorumaqlayaşadılır #victoriousAzerbaijan

#Victoryday #Trustinvictory

#Sacrifaceforvictory

#KarabakhisAzerbaijan

#8novemberisvictoryday

#VictorydayofAzerbaijan

#ShushaisAzerbaijan

#Azerbaijanitruths #Azerbaijan #Shusha