Nikol Paşinyan və Araik Arutyunyan ittifaq bağlayaraq Rusiya agenti Ruben Vardanyani istefaya məcbur etmək üçün ekoloqların aksiyasından istifadə etməyə qərar veriblər.
Hətta dünən Araikin rəhbərliyi ilə başlayan kabinet toplantısının gündəmində cəmi bir məsələ qoyulub: Vardanyanin istefası.
Çünki Ermənistanda, Qarabağda, Amerikada və Fransada, bir sözlə, qlobal ermənicilik təbliğata başlayıb ki, blokadani quran Rusiyadır və Vardanyan da sözügedən ölkənin nümayəndəsi olaraq, həmin postda qala bilməz.
Buna görə də əllərinə keçən fürsəti imkana çevirən Araik və komandası dərhal RV-ni məhv etmək üçün Azərbaycanın da mövqeyini əsas tutaraq addım atmağa çalışıblar.
Hətta iclas başlayana qədər Ruben Vardanyan da istefaya razı imiş, lakin son anda Moskvadan gələn təlimatla Vardanyan istefa fikrindən yayınıb.
Məlum olub ki, Rusiya Azərbaycanla sülh müqaviləsini sabotaj etmək üçün Vardanyani qorumaq fikrinə düşüb.
İkinci mərhələdə isə …
Hazırda:
Vardanyanin dəstəyi yalnız Rusiya
Düşməni isə Ermənistan, Azərbaycan, Qərbdir.
İlkin təxminlərə görə Nikol Paşinyan son dəfə verdiyi Qarabağ Azərbaycandır tipli açıqlamalarla Ruben Vardanyanin eyni zamanda fiziki varlığını da məhv etməyə yönəlik addımlar atmaq üçün Azərbaycana pas atıb.
Rusiya bu gün Vardanyani qoruyub, saxlaya bilsə, bir neçə ay sonra İrəvanda başlayacaq inqilabın lideri, qara dövriyyə dünyasının lideri, çirkli pulların yuyulması üzrə mütəxəssis Ruben Ermənistanın yeni baş naziri olacaq.
İndi gəlin görək, bu plana Nikol hansı alternativlərlə cavab verəcək.