28 Yanvar 2023-cü ildə İranın 7 şəhərində yerləşən strateji məntəqələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbələr endirilib. Tehran rejmi isə bugünə qədər susqunluq göstərib yalnızca hadisələrə seyirci qala bildi. İndi isə rejimin, daha dəqiq desək İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin nəzrətində olan “Nournews” saytı maraqlı bir açıqlama yayıb. Orada qeyd edilir ki, İrana edilən hava hücunları zamanı istifadə edilən dronların gəldiyi mənbə məhz İraqın Kürdistan Muxtar Vilayətidir. Yəni açıq şəkildə İran dövləti Kürdistanı hədəf göstərmiş oldu.
Nəzərə alsaq ki, Tehran rejmi haradan təhlükə olacaqsa, oranı vuracağıq prinsipi ilə hərəkət etmək niyyətindədir, o zaman növbəti hədəfin hara olacağı məlum olur. Yəni, İraqın Kürdistan Muxtar Vilayəti. Onu da nəzərə alsaq ki, hazırda ABŞ-yə məxsus hərbi bazar İraqın Kürdistan Muxtar Vilayətində var, o zaman həmin bölgədə İran və İranın açıq qarşıdurmaya getməsi ehtimalları artmaqdadır.
Təbii ki, İran regionu əldən vermək niyyətində olmadığı kimi, qərb də regionda mühkəmlənməyi qarşısına əsas hədəf kimi qoyub. Beləliklə də aydın olur ki, Yaxın Şərq bir vasitə ilə müharibəyə cəlb edilir.
Samir Hümbətov, politoloq