Proseslər göstərir ki, 3 min leqal hədəfi nişangaha alan İsrail artıq açıqlayıb ki, İran nüvə silahını əldə etməyə çox yaxındır.
İran təxminən, 60 metr yerin dərinliyində açdığı laboratoriyalar ilə uzun müddət İsrailin real zərbələrindən müəyyən qədər gizlənə bilib.
Lakin Trampin 2019- cu ildəki mövqeyinə (Dövlət Katibi Bolton İranın hərbi əməliyyatlarla sıradan çıxarılması planını hazırlayıb, başqan Trampa təqdim etmişdi. Prezidentin isə bu lahiyəyə reaksiyası onu istefaya göndərməsi oldu) hansısa ABŞ prezidentinin qayıtması mütləq reallıqdır.
Çünki İsrail konkret olaraq İranla bağlı hərbi əməliyyatlara başlayacağını açıqlayıb və bunu minilliyin əsas hədəfi olaraq ifadə edib.
İran bizim prizmadan əvvəlcə zəif Ermənistan və uzaq Hindistan ilə, bir də sərhədi olmayan Rusiya ilə əməkdaşlığa getməklə son seçimini faktiki etdi.
Halbuki, ABŞ və İsrailin dəqiq hərbi mövqeyinə qarşı bölgənin digər gücü Avropa İttifaqı tərəddüd edirdi.
Lakin Tehranın Ukrayna müharibəsində Rusiyaya silah ötürməsi fonunda özünü çətin vəziyyətə saldı.
Çünki bu günlərdə Rusiya ilə İsrail bölgədə – Yaxın Şərqdə bir – birilərinin maraqlarına zərbə vurmamaqla bağlı razılığa gəldilər. Yəni İrana qarşı mümkün hərbi münasibətdə Rusiya İsrailə qarşı çıxış etməyəcək.

Bəs bu fonda Azərbaycan İsraildə necə səfirlik açmaq riskini gözə ala bildi?
Xarici siyasətdə İlham Əliyev faktoru inanılmaz dərəcədə dəqiq və proqnoza söykənən amillərdən asılıdır.
Azərbaycan tərəfi dəqiq bilir ki, İran müharibəyə cəlb edilmək üzrədir və bu savaşda qalib gəlməsi real deyil.


Azərbaycan dəqiq bilir ki, bu Azərbaycanın müharibəsi deyil və onun tərkib hissəsi bu müddətdə olmayacaq.
Çünki hazırda Amerikada, Avropada mollasonrasi İran debatları qızışıb. Komandalar üzrə, ssenarilər üzrə müzakirələr aparılır.
Azərbaycan dəqiq bilir ki, müharibəni uduzacaq İran üçün real hərbi hədəflər Azərbaycanda deyil. Çünki ərazimizdə heç bir xarici qüvvənin hərbi bazası yoxdur.
Lakin Azərbaycan İranın dağılmağa başladığı anda atacağı addımları ssenarisi bəllidir.
İlham Əliyev birləşmiş Azərbaycanın rəhbəri olmağa çox yaxındır.
İran planı ilk əminliklə – molla rejiminin hakimiyyətinin sonlanmasi olsa da, dərinə baxdıqda onların təsir imkanları, dərin dövlətdə varlıqları mütləq qalacaq.
Azərbaycan İsraildə səfirlik açdıqdan sonra isbat etdi ki, İran nəinki İsrailə, hətta Azərbaycana qarşı belə çıxacaq cəsarətdə deyil.
Çünki İran bütün mümkün vasitələrdən istifadə etməklə müharibədən qaçmaq yolunu seçdi.
Hazırda Avropada, Vyanada gizli nüvə danışıqları gedirmiş.
Üstü açılıb ki, İran nüvə tədqiqatları ilə bağlı aydın olan bütün nəticələri bölüşməyə hazırdır. Təki, savaş olmasın.
Lakin İsraildə ən anti İranci rəhbərin – Netanyahunun hakimiyyətə qayıdışı İran planının icrasına başlamaq üçün nəzərdə tutulduğu aydın oldu.

Əziz Əlibəyli