Ermənistan Respublikası Baş Nazirinin Münhendə keçirilən Təhlükəsizlik konfransında iştirakı əvvəldən axıra qədər sir pərdəsi ilə örtülü oldu. Onun ilkin mərhələdə Laçın – Xankəndi yolunda uydurma blokadanı nəzərə alaraq iştirak etməyəcəyi barədə məlumat verdilər. Sonra isə bildirdilər ki, iştirak edəcək, amma Azərbaycan-Ermənistan münasibətləri bu konfransda Ermənistanın xahişinə görə müzakirə edilməyəcək, Amma konfransın təşkilatçılarının cidd dəlilləri qarşısında Ermənistan geri çəkilərək Azərbaycan Ermənistan münasibətlərinin müzakirəsi konfransın plenar iclasına salındı. Sonra isə Ermənistan Baş Nazirinin İlham Əliyevli görüşlər zamanı üz-üzə gəlməkdən çəkindiyinə görə müzakirələrdə iştirak etməyəcəyini bildidilər. Amma təşkilatçılar daha israrlı çıxdı, onu bu məsələdə də geri addım atmağa razı sala bildilər. Yəni Paşinyan sonda Münhen Konfransınının bütün proseslərində iştirak etməyə məcbur edildi. Baş Nazirin İlham Əliyev və Gürcüstan Baş Naziri İrakli Qaribaşvili ilə birlikdə plenar iclasda iştirakına təşkilatçılar çox çətinliklə nail olublar və bu barədə Münhendə iştirak edən və adının çəkilməsini istəməyən erməni diplomatları xəbər verib. Məsələ ondadır ki, bir neçə il bundan ıncə elə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cılız vəziyyətə salındığını unutmayan Baş Nazir bu konfransda da eyni vəziyyətə düşmək istəmədiyindən üçtərəfli görüşdən iştirak etmək istəməyib. Təşkilatçılar onu razı salmaq üçün dəridən qabıqdan çıxıblar.
Azərbaycan Prezidenti də əlində olan daha ciddi dəlillər vasitəsi ilə Paşinyanın susdurmaqda qərarlı imiş. Lakin Konfransın təşkilatçıları Paşinyanın dirənişi və Azərbaycan Prezidenti tərəfindən daha acınacaqlı vəziyyət düşərək biabır olacağından qorxmasını nəzərə alaraq İlham Əliyevdən Paşinyana və Ermənistana qarşı arqumentləri müəyyən qədər yumşaltmağı xahiş ediblər. İlham Əliyevin bu barədə razılıq verdiyinə əmin olduqdan sonra Nikol Paşinyan İlham Əliyevlə birlikdə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderator olduğu plenar iclasda iştirak etməyi qəbul edib.
Bu dəfə Ermənistan Baş Naziri Münhen Təhlükəsizlik Konfransında nakautdan qaça bildi. Amma özünü yaxşı aparmasa növbədə illərdə ona bu fürsət bir daha verilməyəcək.
Münhendə baş verən hadisələri nəzərdən keçirdikdən sonra İlham Əliyevin trendə çevrilmiş ritorik sualını verməyə bilmirəm:
Nə oldu Paşinyan?
Əlimusa İbrahimov, politoloq