Prezident İlham Əliyevin Bakı Forumundaki çıxışında dediyi ifadələr ciddi təhlilçilər üçün əslində sülh axtarışı prosesində nələrin baş verdiyinə dair ipucları verirdi:
- Ermənistan ilə münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.
Şübhə yoxdur ki, bu fikrin alt qatındakı əsas mesaj “artıq bizim bir məsuliyyətimiz qalmadi və sülhün alternativi müharibədir düşüncəsini aşılamağa hesablanmışdı.
Bu, təxminən, 2020-ci ildə onlayn qaydada Azərbaycanın təşəbbüsü ilə baş tutan BMT-nin Baş Məclisinin sessiyasına bənzər hadisə idi ki, o zaman Tovuz hadisələri fonunda Azərbaycan rəhbərliyi beynəlxalq ictimaiyyəti prosesə hazırlamağa başlamışdır. - Əliyevin çıxışından ikinci hissədə “Ermənistan müstəqil dövlət olmaq şansını əldən verib” ifadəsi əsasında son gəlinən nöqtənin real siyasi portretini cizaraq gəlinən son nöqtəni açıqlayırdi.
Bəs bu iki vacib açıqlama kontekstində Azərbaycan – Ermənistan/sülh danışıqları/ Qarabağ prosesləri/ sülhməramlılar ətrafında hansı faktiki vəziyyət mövcuddur?
Qısaca baxaq:
Əliyevin çıxışında əsas məzmun sülhə sadiqlik, müharibənin bir seçim olmaması və Ermənistanın deyil, onun sahiblərinin qərar verməsinə diqqət çəkməsi mühüm idi. Lakin o da aşkar meydana çıxdı ki,
SÜLH DÖVRÜ artıq keçmişdə qalıb. Nikol Paşinyan hökuməti 2020-ci ildə imzalanan 10 noyabr razılaşmasına sadiq deyil və bunu sülh prosesinin baza hissəsi kimi deyil, nəfəs alma və Azərbaycana qarşı DEMARS dövrü kimi başa düşüb və o cür də davranıb.
Əliyevin BQF-na paralel Nikol Paşinyan da çıxış edirdi:
Onun əsas tezislərindəki fikirlər: Azərbaycan Ermənistana qarşı kütləvi hücum planlaşdırır və s.
Bəs bu fikri necə oxumaq olar?
Məlum olduğu kimi Moskva, Soçi, Brüssel, Praqa, Vaşinqton görüşləri ilə tərəflər sülhə yaxınlaşmaq əvəzinə ondan daha da uzaqlaşmağa başladılar.
Çünki Ermənistan Azərbaycanın şərtlərini şərtlərlə qəbul etməyə üstünlük verdi, hibrid mübarizə yoluna keçid edərək Azərbaycan ətrafında Qlobal çəmbər yaratmağa başladı.
Qarabağda Rusiya sülhməramlıları ilə Azərbaycan ordusunu üz – üzə qoydu.
Ermənistanda rus ordusunu dövlət sərhədində daşıdı.
Üçüncü mərhələdə isə Avropa İttifaqının “mülki missiyasını” sərhəddəki Rus postlarının arasında pərçim etdi.
Bu gün gələn məlumatlara görə Ermənistan AB dan xahiş edib ki, mülki missiyaya sülhməramlı statusu verilsin.
Dördüncü mərhələdə isə İranla razılaşaraq Mehri rayonunda konsulluq açmağa nail olub.
Bütün bunları həyata keçirərkən, ABŞ və Hindistandan da yardımlar almağa davam edib.
Nikol Paşinyan düşünür ki, artıq qlobal ittifaq yaradıb və Azərbaycanla haqq – hesab çürutmək üçün ideal zaman yetişib.
SVOT analizcilər yaxşı bilir ki, dünyada qarışdurma vəziyyətində olan tərəfləri başqa bir coğrafiyada əməkdaşlıq platformasına cəlb etmə və buna nail olmağın ciddi fəsadları ola bilər.
- Ermənistan Azərbaycanda fərqli olaraq qlobal maraqların uzlaşdigi yox, toqquşduğu zonadir.
- Qlobal güclər üçün əlavə coğrafiyada toqquşma şansı meydana çıxır.
- Əliyevin bu oyunda hiyləyə düşməsini gözləmək absurddur.
- Azərbaycan Ermənistan olmadan da unikal razılaşmalar əldə edə bilər.
- Azərbaycan Avropa İttifaqının dilini Ursula xanımın ifasında daha yaxşı anlayır.
- Azərbaycan AB-nin missiyasına nə üçün icazə vermədiyini icazə verərək də əvəzləyə bilər.
- Azərbaycan üçün masada Britaniya, Avropa Birliyi, Pakistan, İsrail, Türkiyə, Amerikadan müəyyən qüvvələr və İtaliya da pis müttəfiqlər deyil.
- Azərbaycanın təşkil etdiyi güc ansamblı Ermənistanın yaratdığı hərbi ittifaqı balansa salar və regional toqquşmanın qarşısını alar.
Lakin bu proseslərdən üç ciddi nəticə çıxara bilərik: - Sülh dövru(danışıqlar dövrü) bitdi, Ermənistan ilə masa artıq mümkün deyil.
- Düşmən qüvvələrin Ermənistanda toqquşması üçün Paşinyan ideal şərait yaradır.
- Azərbaycan səbrli olmalıdır və sərhəd təxribatlarına getməməlidir.
- Azərbaycan bütün gücünü Qarabağa qoymalıdır.
Nəticə:
Ermənistan sürətlə Suriya olmağa doğru gedir: - Çünki artıq ölkədəki proseslərə bir neçə beynəlxalq aktor daxil olub
- Ölkədə müxtəlif silahlı qruplaşmalar mövcuddur.
- Ukraynada müharibə aparan Qərb və Rusiyanın daha fərqli bir coğrafiyada müharibə aparmamasına mane olan heç bir faktor yoxdur.
- Uzlaşma yoxdur – düşünəndə ki, İran və Amerika, Rusiya və Qərb Ermənistanda Azərbaycana qarşı birləşmək üçün can atırlar, inandırıcı deyil, bəs onları bura gətirən səbəb doğrudanmı Azərbaycan – Ermənistan düşmənçiliyidir?
Əsla, onlar bir – birilərinə qarşı yeni hibrid müharibə cəbhəsi, yeni suriyalar axtarışındadırlar.
Azərbaycan bundan zərər görəcəkmi?
Əlbəttə, zatən müharibə bizim tarixi vətənimizdə gedəcək. Bəs Ermənistanın suriyalasmasindan sonrakı plan nədir?
Nəzərə alsaq ki, Ermənistan əhalisinin sayı azdır və daha da azalacaq, bizim insan resurslarını ciddi qiymətləndirməyimiz lazımdır.
Qərbi Azərbaycana qayıdış kimi – bu da olsun bizim Qərbə İnteqrasiya strategiyamız.
Əziz Əlibəyli
BM üzrə şərhçi