𝐌𝐚𝐧𝐬𝐮𝐫 𝐘𝐚𝐯𝐚ş – bədən dili. Mikro ifadədən ümiumi görünüşə baxsaq, bədən çiyinlərə doğru qalxır, qismən tısbağa şəkli alər. Bu, çarəsizlik və QƏFLƏTƏN sarsılmaq anlamına gəlir. Əl hərəkəti – tərəddüdədir və mənfi yüklü duyğularla yüklənib.
𝐀𝐥𝐢 𝐁𝐚𝐛𝐚𝐜𝐚𝐧 – gözünü qıymaq, alnı qırışdırmaq və üzü büzüşdürmək – daxil təlatümlərin nəticəsidir. Üz ifadəsi sənin sözlərinə hörmət etmirəmi ifadə edir.
𝐃𝐚𝐯𝐮𝐝𝐨ğ𝐥𝐮- əllərin sıx tutuşu – ciddi stress göstəricisidir. Görüntüsündən tipik kilim alverçisi tökülür.
𝐀𝐤ş𝐞𝐧𝐞𝐫 – qolların arxada birləşdirilməsi – Kral duruşu adlanır – mənə yaxınlaşmayın, demişdim, sizinlə deyiləm, məğlub mən deyiləm anlayışlarını ehtiva edir.
𝐊𝐚𝐫𝐚𝐦𝐨𝐥𝐥𝐚𝐨ğ𝐥𝐮 – çiyinlərin qulaqlara tərəf çıxışı – məğlub atlet şəkli adlanır. Bu ağasaqqal başqalarından daha çox məğlubiyyət reallığını qəbul edib.
𝐔𝐲𝐬𝐚𝐥 – Tənbeh edilmiş uşaq diaqnozu. Uğursuz damad görünüşü daşıyır.
𝐊ı𝐥ıç𝐝𝐚𝐫𝐨ğ𝐥𝐮 – bu duruş forması – özünəinamıszlığın ifadəsidir. Yorğunluğun, bitklinliyin, təkliyin, tərkedilmişliyin ifadəsidir.
İ𝐦𝐚𝐦𝐨ğ𝐥𝐮 – ayaq duruşu – “gedirəm”, nəsə edəcəyəm, məğlubiyyətə ortaq deyiləm deməkdir. Üzündəki ifadə natiqə qarşı ələ salma baxışıdır. İştirakçılar arasında bədən formasını ona doğru dönən iki nəfər var: Uysal və Yavaş, hər ikisi o sistemdə ən zəif bənddirlər.