Rusiyada nə baş verir? Başlayaq Priqojindən:
Yevgeni Priqojin 18 yaşından “oğurluq”, “quldurluq”, “cinayətkar qruplara rəhbərlik” ittihamları ilə fərqli fərqli türmələrdə yatıb.
1990-cı ildə əfv olunan quldur çevrilib olur nümunəvi biznesmen. Fast food restoranlar şəbəkəsi, marketlər, tikinti şirkətləri açıb 3 ilə olur milyonçu. Məmurlardan yuyulması üçün çirkli pullar axdıqca Priqojin varlanmağa, böyüməyə başlayıb Pitinin şəxsi dostuna çevrilir.
Suriya döyüşləri başlayanda Priqojin VAQNER adında özəl hərbi şirkət açıb çeçen savaşından qalma qaziləri, iş tapa bilməyən keçmiş cinayətkatları yanına cəlb etməyə başlayır. Şirkət qorxulu, gözü dönmüş muzdlu cinayətkarlardan ibarət orduya çevrilir.
Qruplaşma 2013-cü ildən Konqo cəngəlliklərindən tutmuş, Sudan, Liviya səhralarına qədər, ordan Suriya, Madaqaskar, Anqola, Mozambik, Krım, Venesuella kimi cəbhələrdə Rusiya maraqları üçün döyüşüb.
Ukrayna savaşında Vaqnerə özəl büdcə ayrılıb, sayını artırma tapşırığı verilir. Priqojin türmələri gəzib ən qatı cinayətkarları əfv etdirərək ordusuna cəlb edir.
Savaş başlayır, Rusiyanın şişirdilmiş ordusu bütün cəbhələrdə məğlubiyyətlərlə qarşılaşır. Müdafiə naziri Şoyqu günahı atır çeçenlərin üstünə, Ramzan günahı atır Vaqnerin üstünə, Priqojin çıxış edir ki, silahım yoxdur Şoyqunun generalları yeyib-talayıb ordunu. Və ölkə daxili, güclər arasında konfliktlər başlayır.
Buna son vermək üçün keçən aylar Putin əmr edir ki, artıq muzdlu söhbəti yığışdırılsın, hər kəs orduyla kontrakt bağlayıb bir mərkəzə bağlı qalsın. Gücünü itirmək istəməyən Priqojin əmrə tabe olmayıb vaqnerçiləri yerində oturmağı tapşırır. Özündən başqa güclə razılaşmayan Şoyqu Priqojini öldürmək qərarı verib helikopterlərlə onun olduğu məkanı bombalamağa başlayır. Və hücumdan sağ çıxan Priqojinə sağ qalmaq üçün tək yol qalır ki, hərbi qiyam başlayır.
Vaqner Rostov şəhərini tam nəzarətə götürüb, Varoneji almağa çalışır. Rusiya ordusu çarəsizdir. Çünki vaqnerlərçilər yaşayış məntəqələrində döyüşdüyü üçün aviasiyadan istifadə edib öz şəhərini vura bilmir. Quru qoşunu üstünə göndərə bilmir çünki, ordunun tabesizliyindən, döyüş zamanı tərəf dəyişməklərindən çəkinir. Milli ordu bir dəfə Vaqnerə təslim olsa bu Moskvanı müdafiə edən əsgərlərə də psixoloji təsir edəcək. Ordu və muzdlular arasında 3 toqquşma baş verib ki, hər üçündə Priqojin tərəfdarları qalib çıxıb. Milli orduya aid 3 helikopter vurulub.
Hazırda Putinə bağlı qüvvələr Rostov və Moskva arasında, Moskva ətrafı rayonlarda bütün yolları əllərinə keçən texnika, kran, tırlarla, tank əlehinə dəmirlərlə bağlayıb zamanı uzatmağa, xaosdan çıxmaq üçün yollar axtarmağa çalışırlar.
Orxan Vəliyev