Daxili siyasətdə özlərini Prezident İlham Əliyevə rəqib görənlər sürətlə uduzublar və uduzurlar.
Bu proses Azərbaycan dövlətinin Qarabağda suverenliyini təmin etmək prosesi və separatçıları cəzalandırması ilə yekunlaşır.
Niyə? Çünki İlham Əliyev məharətlə oyun qurur, strateji hesablamanı dəqiq aparır, güclər arasında Azərbaycan dövlətinin manevr sahəsini daraltmır, əksinə daha da uzaqlara aparır.
Müxalifət önə düşür, “niyə filan yerdə bayraq yoxdur”, “niyə bu olmur” deyə hayqırır – çox primitiv və naşı şəkildə. Dövlət də onların qışqırığına şərait yaradır, sonda isə həmin radikalların dediklərinin və ya proqnozlaşdırdıqlarının əksi olan mənzərə yaranır.
Keçən il müxalifətin “əbədiyaşar liderinin” düşdüyü rəzil durumlar da yaddan çıxmayıb.
Əlqərəz, İlham Əliyev əldə edilən nəticələrlə çaşdırır, təəccübləndirir, nəticədə özünü “dev aynasında görən” “ana müxalifət” mat vəziyyətinə düşür, pərt olur və cəmiyyətin onlara olan-qalan inamı da sarsılır.
Bu, seçkilərdə də müxalifətə inam indeksini sürətlə üzüaşağı salacaq. Onsuz da seçkilərdə iştirak etmirdilər.
Aqşin Kərimov, siyasi şərhçi