“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçiləri – hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Koalisiyanın eksperti – sosioloq, professor Əhməd Qəşəmoğlu prezidentliyə namizəd Zahid Orucla görüş keçirib.


Görüşdə çıxış edən Zahid Oruc keçiriləcək seçkilərin tarixi vacibliyindən danışıb. Dünyada da qarşıdan gələn dövr ərzində müxtəlif ölkələrdə də eyni anda seçkilərin keçirilməsi halına diqqət çəkib.
Qarşılıqlı fikir mübadiləsinin davamında Zahid Oruc koalisiya təmsilçilərinə öz seçki platformasını təqdim edib.


Namizəd bildirib ki, budəfəki seçki dövlətçilik tarixinin müasir təşəkkülü prosesinin tərkib hissəsidir və sadəcə seçki hadisəsi deyil.