Prezidentliyə namizəd Zahid Oruc təbliğat proqramını davam etdirməkdədir. Son olaraq “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) Zahid Orucla görüşüb.
Zahid Oruc görüşdə iştirak edən tərəflərə öz platformasını təqdim edərək gələcək planlarından danışıb. Monitorinq koalisiyasının həmsədrləri demokratik seçkilərin vacibliyindən danışıb.
Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.