Türkiyə Xarici İşlər Nazirliyi Almaniya səfirini UEFA-nın türk futbolçuya qarşı intizam istintaqı ilə bağlı vəziyyətə görə çağırıb

Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralı Avropa çempionatında Avstriya yığmasının qapısına qol vurduqdan sonra göstərilən bozqurd işarəsinə görə tənqid edib və UEFA-ya şikayət ünvanlayıb.

O zaman özünü “ağıllı” hesab edən alman nazir üçün xatırlatma:

Avropada Faşizmin Qurbanları: Almaniya Faşizmi

Alman faşizmi, xüsusilə Nasist Almaniyası dönəmində (1933-1945), milyonlarla insanın həyatına son qoydu və tarixdə böyük bir qara ləkə buraxdı. Bu dönəmdə faşizm, irqi, dini, siyasi və etnik zəmində bir çox qətliamlar həyata keçirdi.

Holokost Qurbanları

– Yəhudilər: Təxminən 6 milyon Yəhudi qətlə yetirildi. Bu, Nasistlərin “Yekun Həll” (Endlösung) adlandırdıqları planın bir hissəsi idi.

– Qaraçı (Romanlar):220,000 – 500,000 arası Qaraçı qətlə yetirildi.

– Handikaplılar (əlillər) : Euthanasia proqramı çərçivəsində 250,000 handikaplı insan öldürüldü.

– müxaliflər: Minlərlə kommunist, sosialist və digər siyasi rəqib öldürüldü və ya həbs olundu.

– Homoseksuallar: 5,000 – 15,000 arasında homoseksual insan qətllərə və işgəncələrə məruz qaldı.

– Yehovanın Şahidləri: 2,500 – 5,000 arası Yehovanın Şahidləri dini inanclarına görə təqib edildi və öldürüldü.

Ayrıca, Avropada ikinci Dünya Müharibəsi Qurbanları

– Hərbi Qurbanlar: Müharibə boyunca milyonlarla hərbi personal həyatını itirdi.

– Mülki Qurbanlar: Bombardmanlar və müharibə əməliyyatları nəticəsində Avropada milyonlarla mülki insan həyatını itirdi.

Gələk türkçülüyün və onun simvoluna:

Türkçülük, milliyyətçi bir ideologiya olaraq, XIX əsrin sonları və XX əsrin əvvəllərində ortaya çıxdı və Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətində, Azərbaycanda, hazırda isə bütün türk dünyasında müəyyən bir ideoloji cərəyan oldu və olmaqdadır. Türkçülüyün faşizmə bənzər tərəfləri yalnız Avropada maraqlı dairələrin məqsədli marağından başqa hallarda mübahisə mövzusu deyil, o tam mənasıyla Alman faşizmi kimi genişmiqyaslı və sistematik bir qətliam siyasəti aparmayıb, bir millətin tarixinə aidlik nümunəsi və şanlı tarixinə tanınmaqdadır. Başqa heç nə..

Və biz hamımız türkük, türkçüyük.

Kimsəyə toxunmadan, alçaltmadan və konslagerlərdə boğmadan.

(Niyəsə eyni çempionatda alman nazirin biədəb işarə göstərən ingilis oyunçu Cud Belingama “dux”u çatmadı)