Görünən odur ki, Ermənistan Azərbaycanla sülh bağlamazdan əvvəl işğal edilmiş hesab etdiyi əraziləri Azərbaycandan geri almağı planlayır. Silahlanmanın da səbəbi budur. Paşinyan Qazax istiqamətində kəndləri geri qaytarmaq və sərhəd dirəkləri basdırmaqla bunu öz təhlükəsizliklərinin əsas şərti adlandırdı. Yəni, artıq bu ərazidən rahat oldular ki, Azərbaycandan hücum olmayacaq. Amma hər zaman Azərbaycanın Qərbi Zəngəzurda Kafan istiqamətində erməni kəndlərinin yuxarısında olan yüksəklikləri işğal etdiyini qeyd edib, hansı ki bu yüksəklikləri özlərinki hesab edir. Hesab edirəm ki, plan belədir ki, Ermənistan ona silah verən ölkələrin də təhriki ilə bu ərazilərdə Azərbaycana hücum edəcək. Burda Ermənistan özünü hüquqi olaraq haqlı hesab edir. Qələbə qazanacağına zəmanət alan Ermənistan bununla Azərbaycanın “güclü ordu mifini” dağıdacaq, eyni zamanda, Azərbaycanın bəzi təzyiq xarakterli tələblərindən qurularaq bərabərtərəfli ölkə kimi sülh masasına oturacaq.
Ermənistana bu döyüşdə kimlər və necə qələbə sözü veriblər bunu demək olmaz. Görünən odur ki, burda güclü dövlətlərin sözü və təsiri vardır. Onlar hesab ediblər ki, Azərbaycan mütləq məğlub olacaq. Hətta Qarabağ ermənilərini ərazidən çıxaran güc onların geri qayıtması tələbini də qoyacaq.
Azərbaycan bu ssenariyə hazır olmalıdır. Bu dəfə son döyüş olacaq. Bu, geosiyasi müharibə olacaq. Qalib olan Zəngəzurda söz sahibi olacaq.
Azər Qasımov, politoloq