Azərbaycanda payızda COP29 beynəlxalq konfrans keçiriləcək. Məhz Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil. Amma, Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı deyil. Çalışılır ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin. Fransa məhz COP29 boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır.
Rusiyanın vasitəçiliy kimi təşəbbüslə çıxış etməsi, iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır.
Əgər, Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, Azərbaycan daxil olmaqla Cənubi Qafqazi tam nəzarət altına alacaq
Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasetinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu pladsarımdı. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir.
Məhəmməd Əsədullazadə, politoloq