Azərbaycanın BRİKS-ə üzv olmaq üçün müraciət etməsi əslində, Rusiyanın yaratdlğı Avrasiya İqtisadi Birliyinə və Gömrük Ittifaqına Azərbaycanı illərdir cəlb etmək istəyinə qarşı atılan addımdır. Azərbaycan Rusiyanın yaratdığı AİB yox, daha böyük oynamağı seçdi. BRİKS isə G20 ölkələrinin də içərisində olduğu təşkilat kimi iqtisadi birlikdir, siyasi-hərbi tərəfi yoxdur. Bu təşkilata üzvlüyün Azərbaycana gətirəcəyi dividentlər hələlik simvolikdir. Məsələ ondadır ki, BRİKS ölkələrinin arasında hələki heç bir rəsmi müqavilə, təşkilatın ofisi, fəaliyyətdə olan gündəlik, planlar yoxdur. Yəni, bildiyiniz təşkilatın hələlik quru adı vardır. Təşkilatın ölkələri arasında da ciddi birlik yoxdur. Məsələn, ÇİN və Hindistan, yeni üzvlər və ya namizədləri İran və Səudiyyə Ərəbistanı-BƏƏ.
Azərbaycanın bu təşkilata üzv olmaq istəyi ilk növbədə Qərbə təzyiq vasitəsidir. Azərbaycan bununla öz inkişaf yolunun Avrasiya məkanında, yəni Qlobal Şərqin yanında olduğunu göstərmək istəyir. Amma Qərb də Azərbaycanın BRİKS-ə üzv olmağını Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə (Evrozes) üzv olmaqdan üstün tutar, çünki BRİKS-in, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) da mahiyyətini anlayır. Bu təşkilatlar ABŞ və Qərb koalisiyası əleyhinə yaradılmış məcburiyyətdən doğan təşkilatlardır və onların hamısı Qərbdən asılıdır.
Azər Qasımov, siyasi şərhçi