5 aprel 2024-cü il tarixində Ermənisatanın baş naziri-Nikol Paşinyan, ABŞ dövlət katibi -Antoni Blinken və Avropa komissiyasının prezidenti-Ursula Fon Der Lyayen arasında imzalanmış üçtərəfli anlaşma ilk görünüşdə iqtisadi mahiyyət daşıdığı qeyd edilsədə amma məsələnin dərinliklərini araşdıran zaman məlum olur ki, bu hərbi paktdır. Bu pakt isə regionda real olan sülhün möhkəm olunmasına qarşı atılacaq təhlükəli addımdır. Azərbaycan 30 ilə yaxın çox amansız hadisələrlə qarşılaşdı. Hansı ki, bu hadisələrə silahlı təcavüz və işğalın qurbanı olan günahsız insanlar daxildir. Hətda BMT təhlükəsizlik şurasının ermənistanın işğalçı qüvvələrinin dərhal tam şəkildə çıxarılmasını tələb edən 4-qətnaməsinə baxmayaraq nə ABŞ,nə də Avropa ittifaqı dəstək göstərmək niyətində olmuyub. Həmçinin onuda qeyd etmək olar ki, münaqişənin tam şəkildə həll edilməsi ABŞ-la Avropa ittifaqının marağında görünmür. Ona görə ki, ABŞ-ın keçmiş prezidenti Vudro Vilson üçün “Böyük Ermənistan”arzusunun tərkib hissəsi olubdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ və Avropa ittifaqı və bu vəziyyətlə barışmaq nədəki, Azərbaycanın güclənməsini istəyirdi. Çünki regionda real sülh istəyən vasitəçi ermənistanla hərbi pakt imzalayaraq öldürücü və hücum tipli silah vədi verərək onu hazırlamaz.
ABŞ və Avropa ittifaqının 2-ci Qarabağ müharibəsindən sonrakı məqsədi tam fərqli idi. Məsələn 6 oktiyabr 2022 -ci il tarixli dördtərəfli praqa görüşü zamanı qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi baş tutmamış sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan araaında etimadın yaradılmasına töhfə verməsi güman edilir. Bu gün Azərbaycan regionda sabitlik istəyir və sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin əsasını Azərbaycan təşkil edir.Amma indi sülhə daha çox ehtiyacı olan elə məhz Ermənistandır. Hesab edirəm ki, reginda sülhün və sabitliyin təmin edilməsi Ermənistan Azərbaycanla münasibətin normallaşmasından və tərəflər arasında sülh müqaviləsinin imzalanmasından keçir ki, bunun üçündə ermənistanın qarşıya qoyduğu öhdəlikləri tam və qeyri sifətli formada yerinə yetirməsi lazımdır ki, bunuda hələ ki, ermənistan həyata keçirmir və qeyd edilən məsələlərdə Avropa ittifaqıda Amerika Birləşmiş Ştatlarıda Ermənistana bəzən açıq ,bəzən qapalı şəkildə öz dəstəklərini göstərirlər. Bu o deməkdir ki, regionda sülhün sabitliyinin təmin olunmasına maraq görmürlər.
Jalə Əliyeva
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi