Türkiyənin XİN rəhbəri Hakan Fidanın ABŞ – a səfəri zamanı Türkiyə – Ermənistan münasibətlərinin normallaşması ilə bağlı müzakirələr aparılmışdır.  Türkiyənin Ermənistanla diplomatik əlaqələrinin qurulmasına hazır olduğunu ifadə edilmişdir. 2013 – cü ildə Türklər qeyd etmişdirlər ki, Ermənistanla diplomatik əlaqələrin qurulmasına heç bir maneə görmürlər. Ermənistan xarici işlər naziri isə qeyd etmişdi ki, Türkiyə ilə diplomatik əlaqələrin qurulması üçün tezliklə bir araya gələcəklər. Antalya Diplomatik Formu çərçivəsində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün danışıqların aparılmasını qərara alındı. Amma Türkiyə sərhədin üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olanlara açılmasına dair əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan – Türkiyə sərhədlərinin bağlı qalması qarşılıqlı etimada zərər vurmuşdur.

Diplomatiya elə şeydir ki, o açıq deyilməz amma problemlərin həllində özünü göstərir. Ermənistan çox yaxşı bilirdi ki, Türkiyə ilə arasında olan məsələlər müzakirə masasına qoyularsa Ermənistan haqsız çıxacaq. Çünki, Ermənilər Türklərin bəzi ərazilərini ‘Qərbi Ermənistan’ adlandırmışdırlar. Eyni zamanda Ermənistanın dövlət himnində Türkləri düşmən kimi əks etdirmişdilər. Bu Ermənistanın Türkiyə üzərində ərazi iddiası olduğunu göstərir. Bu isə iki dövlət arasında diplomatik əlaqələrin reallaşmasının mümkünsüz edən səbəblərdən biridir. Əsasən bir çox siyasi məsələlərdə Ermənistan aydın mövqe nümayiş etdirmir, daha çox müəmmalı hərəkətlər göstərir. Əsasən Türkiyə bölgədə sülh və sabitliyin qalıcı olması üçün Ermənistan – Azərbaycan arasında olan sülhə də diqqət göstərir. Hazırki, dövrümüzdə Ermənistan bildirmişdir ki, Biz Türkiyə ilə diplomatik əlaqələr qurmaq istəyirik. Lakin Türk siyasətçiləri Diplomatik əlaqələr qurmaq üçün Ermənilərin Azərbaycana qarşı təcavüzdən və Türkiyə üzrə ərazi iddalarından və qondarma ‘soyqrım’təbliğatına son qoyduqdan sonra diplomatik əlaqələrin qoyula biləcəyini bildirdilər.

Hal – hazırda müasir dövrdə informasiya resursları məlumat verir ki, Ermənistanda ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ‘Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq.

Ləman Söyünlü

Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi