Son zamanlarda Ermənistanın xaricdən külli miqdarda silah alması ilə bağlı məlumatlar yayılmaqdadır. Günümüzün aktual meselsinden birdir. Məsələn, ötən ay Fransanın bu ölkə üçün silah tədarükünə başlamaq niyyətində olduğu və söhbətin 50-yə yaxın zirehli transportyordan, gələcəkdə isə “Mistral” zenit-raket komplekslərindən getdiyi bildirildi.
Lakin, əvvəllər erməni siyasətçiləri Fransanın gerçək dəstək göstərmədiyini bildirmişdir, onun NATO ölkəsi kimi Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Təşkilatında təmsilçiliyə malik dövləti silahlandırmasının mümkünsüzlüyü arqumentini, az qala, məsxərə predmetinə çevirirdilər. Hətta, Parisin bəyanatları lazımsız olduqunu Ermenistanın hakimiyyətinin fikrin yayındırmasına ve Azərbaycana qarşı çıxmasına mane olur. Onların fikrincə, bu yeni ərazilər tutmaqında mane olurdu.
Deməli, bele neticeye gele bilərik ki, prezident Makronun Ermenistana qarşı artıq ferqli mövqeyde yanaşmaqdadır. Fransadakı erməni diasporu ilə əlaqələri olan mənbənin məlumatına istinadən göstərlib ki, tezliklə Parisin köməyi və rəsmi olan icazəsi ilə hazırda istehsalı lokallaşdırılmış “Trayan” silahları Hindistandan Ermənistana gətirilmesi nəzərdə tutulur. Fransanın hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Emmanuel Makronun razılığı ilə, bu təşəbbüsün maliyyələşməsini erməni diasporunun öz öhdəliyinə götürdüyün vurğulamışdır. Buda bu fikirə yol açır ki, Ermenistan öz maliyesi ilə başqa bir ölkədən yardım alır. Əvvəllər Ermənistanın əsas silah tədarükçüsü Rusiya idi. Rusiya bunu ya güzəştli şərtlərlə, ya da pulsuz edirdi.Bunun sübutu ele 44 günlük müharibədə də Ermənistan məhz həmin müftə silahlardan yararlanmaşdır. Lakin ölkə uğradığı acınacaqlı məğlubiyyətdən sonra, isə cəbhədə mənfi reputasiyaya malik rus silahlarından imtina qərarına gəldilər. Azərbaycan–İran münasibətlərindəki gərginlikdən istifadə edən Ermənistan Tehranı Hindistandan hərbi təchizat sxeminə cəlb edib. Fransa–İran–Hindistan birləşərək Ermənistanı dəstəkləsə də, hazırda görünən budur ki, bu üçlük Azərbaycana dost olmayan dövlətlər ittifaqı kimi bir arada birləşib.
Ordumuzun 2020-ci il müharibəsindəki möhtəşəm qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi cənub qonşumuzu olan İranı təşvişə saldı və o, dərhal Ermənistanın silah-sursatla təmin etməyə başladı. Lakin Ermənistan hakimiyyəti bu faktın yanlış olduqun dilə gətirmişdir. Ölkənin müdafiə naziri Suren Papikyan bildirir ki, ordusunun İrana məxsus heç bir PUA yoxdur. Qeyd edək ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi yalnız İranı deyil başqa ölkələridə narahat elemişdir. Yeni siyasi deyimlərə Ermənistanın müttəfiq olan Fransa da əndişələnmiş durumdadır. Bu baxımdan, 2020-ci ilin noyabrında qurumun Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınması ilə bağlı qətnamə çıxardığını, 2022-ci ilin noyabrında isə Azərbaycana qarşı sanksiyaların tətbiqini, həmçinin ölkəmizin qoşunlarının Ermənistandan çıxarılmasını tələb edən qətnaməsini yada salmalıyıq. Şübhəsiz ki, bu “sənədlər” Fransadakı zəngin və nüfuzlu olan erməni lobbisinin təşəbbüsü ilə hazırlanıb. Artıq bizə aydındır ki, Makron başda olmaqla, Fransa ilk növbədə öz məqsədlərini Cənubi Qafqaza çıxış əldə etməyi güdür. İstəyi isə əhəmiyyət daşıyan bele bir regionda möhkəmlənməkdir. İndi bu səbəblə məhz bu iki ölkə arasındakı danışıqlarda vasitəçiliyə üçün can atır. Lakin Makron, çıxardığı bütün bu oyunlara baxmayraq, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Avropa formatında fəal bir rola malik ölkə deyil. Bu yerdə Parisin İrəvanın revanşist istəkləri fonunda, Ermənistanla Azərbaycan arasında növbəti münaqişəni qızışdırmağa maraq göstərdiyini bildirmək olar. Niyyəti isə məhz İranın və Hindistanın köməy ilə realşdırmaq fikrindədir. Bunlada ölkəmiz haqlı olaraq Ermənistanın hərbiləşdirilməsinin məqsədyönlü xarakter daşıdığını, bunun bütövlükdə Cənubi Qafqaz üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyini göstərir.
Dövlətimizin başçısı bildirdi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldırması və ölkəmizə qarşı ərazi iddialarının davam etməsi səbəbsiz yerə deyil. Bizdə burdan bir fikir çıxara bilərik ki, kimsə öz maraqları olmasa yad regionda heç bir töhfə vermə bilməz. Bu maraqlar isə açıq şəkildə, faktlarla sübut olunur. Buna misal Hindistanın “The Economic Times” adlı nəşri açıq şəkildə etiraf edib ki, Ermənistan Hindistandan silahların, konkret olaraq, 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınması üçün bu ölkə ilə dəyəri 250 milyon dollardan çox olan müqavilə imzalayıb. Müqaviləyə, həmçinin, raketlərin, tank əleyhinə raket sistemlərinin və bəzi döyüş sursatlarının alınması da daxildir. Ümumən, isə Hindistan silahlarının Ermənistana ixracı ilk dəfə deyildi.Bundan əvvəldə 2020-ci ildə Dehli ölkəyə, təxminən, 44 milyon dollar dəyərinə malik 4 ədəd “Swathi” radar sistemini təhvil verib. Ermənistanın bu sürətli silahlanmasının yeni təhlükələr yaratdığını vurğulayan dövlətimizin başçısı buna dəstək göstərən İrana və Hindistana, ümumən,bütün dünya ictimaiyyətinə xəbərdarlıq bildirib. Sonda isə təkrar olaraq vurğuladığmız kimi İran, Hindistan və Ermənistan Azərbaycana dost olmayan dövlətlərin ittifaqı kimi birləşib Ölkəmizə dost ölkələrin isə Türkiyə və İsrail olduğu hərəkəsə məlumdur.
Nəticə olaraq qeyd edirəm ki, Ermenistanın silahlandırlmasını həyata keçirməklə qeyd edilən dövlətlərin əsas məqsədi həm Cənub Qafqaz regionunda münasbətlərin gərginləşməsi müttəmadi təhlükəsizliy arxitekturasını təhdit altında saxlanılmasına çalışırlar, eyni zamanda öz maraqlarını bu regionda həyata keçirmək istəyirlər.
Memmedli Telli
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi