Rusiya və Türkiyə munasibetleri bizə tarixdəndə məlum olmuşdur ki, bu dövlətlər arasındakı əlaqələr kifayət qədər gərgin olmuş və tərəflər arasında bir neçə dəfə müharibə baş vermişdir. Buna baxmayaraq 1920-ci illərin əvvələrində Türkiyə İstiqlaliyyət müharibəsi ərzində bolşevik rus hökumətinin türk inqilabçılara dəstək verməsi nəticəsində rəsmi Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşmışdır. Beləliklə, 2015-ci ilin Noyabrında Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşən münasibətlər 2017-ci ildən etibarən yenidən normallaşmağa başlamışdı. Azerbaycan torpaqları isə tarixən başqa-başqa imperiyaların tərkibində olmuş və yalnız 1918-ci ildə ilk dəfə müstəqillik əldə etmişdir. Bu müstəqilliyi tanıyan ilk dövlətdə Türkiyə olmuşdur. Daha sonra 2 il sürmüş müstəqillikin ardından bolşevik Rusiyanin təsiri altına düşən Azərbaycan 1991-ci ildə SSRİ-nin dağilmasi ilə yenidən müstəqillik əldə etmişdir.
Tarixə nəzər saldığımızda Türkiyə və Rusiya yaxınlaşmasının Azərbaycan lehinde nəticələrə gətirib çıxardığını, Azərbaycan tərəflərdən birini seçmə məcburiyyetində qalmasının isə əks-neticələrlə sonlandığını görə bilərik. Məsələn, Osmanlı sonrası birinci türk-rus yaxinlaşması, artıq Naxçıvanın taleyini Azərbaycan lehinde həll olunmasında boyuk rol oynamışdır. 1993-cu ilin oktyabrında Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətləri sahmana saldıqdan və xarici siyaseti balanslaşdirdiqdan sonra Türkiyədə Azərbaycana yardım etməyə başlamışdır.
Bununla da biz görürük ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana həm mənəvi dəstək verib, həm də beynəlxalq hüququ müdafiə etmişdir. Iki qardaş arasında olan dostluq münasibətləri “Şuşa bəyannaməsi” ilə tam resimləşmişdir. Demək olar ki, bütün dünya Azərbaycan və Türkiyə möhkəmliyini bilirdi. Rusiyada Azərbaycana münasibəti xususilede Qarabağ məsələsi ilə bəlli olmuşdur. II Qarabağ müharibəsindən sonra Türkiyə və Rusiya arasında yeni əməkdaşlığın yaranması Cənubi Qafqazda davamlı sülh üçün əhəmiyyətli amilə çevrilmişdir. Rusiya və Türkiyənin yaxınlaşması həm siyasi həm iqtisadi həmdə hərbi terefleri olmusdur. Əvvəla hər iki ölkənin dövlət başçıları tərəfinden siyasi münasibətlər yüksək səviyyəyə qaldırılmişdır. Azerbyacanın həm Rusiya həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədə olmuşdur. Türkiyə və Rusiya münasibətlərinin yaxınlaşmasında Azərbaycanın da böyük rolu olmuşdur. Hətta məşhur təyyarə hadisəsindən sonra da Azərbaycan bu münasibətlərin yaxşılaşmasına çalışmışdır.
Bunlara baxaraq deyə bilərik ki, Türkiyə və Rusiya yaxınlaşmasının Azərbaycana həm ziyanı həm də xeyri ola biler. Her şey Türkiyənin mövqeyindən, davranışlarından aslıdır. Çunki Rusiyanin Azərbaycana təsir etmək üçün kifayət qədər geniş imkanları mövcuddur. Rusiya Ukrayna kimi böyük dövlətə təcavüz etməkdən belə çəkinmədisə Azerbaycanada bunun eynisini edə bilər. Yalniz bizim Türkiyə ilə olan əməkdaşlığımız və möhkəmliyimiz bunun həyata keçirilməsinə imkan vermir.
Orucova Aysu
Azerbaycan Universiteti, İctimai Elmlər fakültəsi