
Suriya Türkmənləri:
Suriya Türkmənləri 10 və 11-ci əsrdə Böyük Səlcuqlu İmperiyası dövründə adı çəkilən məskunlaşmış adın da görüldüyü kimi türk tayfalarıdır.
Azərbaycan dilinin Cənub ləhcəsində danışan bu soydaşlarımız əsasən Əfşar Bayandur, Baharlı tayfalarının nəsillərindədir. Yerləşdikləri ərazilərdə ilk gündən dominant qüvvəyə çevrilən Türkmənlər Böyük Səlcuq və İraq Səlcuq dövləti zamanında Məmlük və Osmanlı dövründə bölgənin idarəsini əllərində tutublar.
Suriya, İraq və Anadolu torpaqlarında geniş areala yayılan Türkmənlərin sayısının milyonlarla olduğu təxmin edilir.
Təkcə Suriya ərazisində 3.5 milyon Türkmənin yaşadığı təxmin edilir. Ona görə təxmin edilir deyirik ki Əsəd rejimi hakimiyyətdə olduğu dövrdə Türkmənlərə qarşı diskriminasiya həyata keçirib. Ana dillərində təhsil ala bilməyən Türkmənlərin bir qismi təəsüflər olsun ki öz dilini unudub. Hətta bir çox hallarda adlarından və milli kimliklərindən belə imtina etmək məcburiyətində qalıblar.
Bütün basqılara rəğmən bugün Suriya Türkmənləri Azərbaycan və Şərq poeziyasının tanınmış siması İmadəddin Nəsiminin də qəbrinin yerləşdiyi qədim Hələb şəhəri başda olmaqla Suriyanın Lazkiyə, İdlib və ümumən şimal qərbində varlıqlarını ciddi şəkildə qoruyub saxlamışlar.
1916-cı ildə Osmanlı İmperiyasının 1. Dünya Müharibəsinin Suriya cəphəsində məğlub olmasının ardından Türkmənlələrin bu bölgədəki 10 əsrlik hakimiyyətinə də son qoyulmuş oldu.
Xarici işğalla barışmayan türkmən tayfalarının bir çoxu Türkiyəyə köçdü və burada Qazi Mustafa Kamal Atatürkün başlattığı “Qurtuluş Savaşın” qoşuldu.
Suriyada qalan türkmənlər isə Kəl Məhəmməd və Hacı Nasən liderliyində işğalçl Fransız qüvvələrinə qarşı mübarizə apardı.
1938-ci ildə Hatay vilayətinin Türkiyəyə birləşdirilməsi ilə Türkmənlərin bir hissəsi Türkiyə vətəndaşı oldu.
Suriyadakı türkmənlər üçün isə diskriminasiya artaraq davam etdi. 1963-cü ildə çevriliş yolu ilə hakimiyyətə gələn şovinist Bəəs partiyası Türkmənlərə qarşı basğını daha da artırdı.
Hafiz Əsəd və Bəşər Əsəd dövründə izlənilən “Tək Suriya” siyasəti səbəbiylə Türkmənlər əksər hüquqlarından məhrum edildilər.
Bu basğılar səbəbindən 2011-ci ildə başlayan Suriya Xalq İnqilabının əsas hərəkat verici qüvvələrindən biri də Suriya Türkmənləri oldu.
Əvvəlcə sivil sonra da silahlı mübarizə yolunu seçən türkmənlər rejim qüvvələrinə və onlarla iş birliyi içində olan PKK terorçularına qarşı ciddi bir mübarizə aparmışdır.
2015-ci ildə Bayır Bucaq bölgəsinin Türkməndağındağı ərazisində Suriya Türkmən ordusunun dillərə dastan olan müdafiəsi Suriya İnqilabının ən yadda qalan səhifələrindən biridir.
Suriya İnqilabının ilk günlərindən son gününə qədər bir gün belə mübarizədən çəkinməyən Türkmənlər son hadisələrdə də Suriya Milli Ordusundsakı əlahiddə bölmələri ilə Şam və Fərat çayı bölgələrində parlaq qələbələr qazanmışdır.
Suriya inqilabına əvəzsiz töhfələr verən Suriya Türkmənləri indi ana dilində təhsil almaq, bərabər hüquqlu vətəndaş olmaq, ölkənin idarə etməsində söz sahibi olmaq kimi haqlarının təmin edilməsiylə məşğuldurlar.