2X Youtube layihəsində siyasi şərhçilər Əziz Əlibəyli və Aqşin Kərimov Azərbaycan-İran münasibətlərini təhlil ediblər. 27sentyabr.az xəbər verir ki, müsahibədə əsasən aşağıdakı tezislər səsləndirilib.

  • Azərbaycan-İran münasibətlərindəki yumşalmaların səbəbləri: İranın “qırmızı xətlərinin” solğunlaşması,
  • İranın Azərbaycana ideoloji müstəvidə uduzmasından sonra Azərbaycan şiəliyi İranın əlindən almalıdır,
  • Azərbaycanın İran daxilindəki artan gücü Tehranı çəkindirir,
  • İran nüvə danışıqlarına görə ABŞ-yə səsini çıxarmır,
  • Azərbaycan Yaxın Şərq strategiyasını Suriya və kürd faktoru üzərindən yeniləyir,
  • Azərbaycan türkmanlara strateji sərmayələr qoymaqda maraqlıdır…