
Oktyabrın 5-də Belarus səfirirnin müşaviri xanım Tatyana Zubrtskaya Diri Baba türbəsində gənc şair, prezident təqaüdçüsü “Abidələrin mühafizəsi və idarəedilməsi” sektorunun müdiri Yusif Nazim Ərəbsoya belarus ədəbiyyatının görkəmli nümayəndəsi Yakub Kolasın kitabını hədiyyə edib. Xanım müşavir bildirib ki, 2 il öncə Diri Baba türbəsində olarkən onunla həmsöhbət olmaqdan çox məmnun olub. Şair olduğunu bildiyi üçün bu dəfəki səfərində ona belə bir hədiyyə gətirməyi düşünüb.

Kitaba belə bir ürək sözləri yazılıb:
“Hörmətli Yusif Nazim Ərəbsoy, siz səmimi, qonaqpərvər olduğunuz üçün, bu kitabı belarus ədəbiyyatçısı Yakub Kolas adından təqdim edirik.

Hörmət və səmimiyyətlə Belarus Respublikasından Azərbaycan Respublikasına”.
Qeyd edək ki, Yusif Nazim Ərəbsoy da hörmətli qonağa milli ornamentlərimizin əks olunduğu kiçik xalça hədiyyə edib.