Yüz ili necə manifestlədik….

1918-ci ildə də dünya yenidən qurulur, Paris Sülh Konfransı başlayır və Azərbaycan Xalq Cümhuriyyətinin göndərdiyi nümayəndə heyəti (sədr Əlimərdan bəy Topçubaşov) inanılmaz çətinliklər yaşayır.

Dekabrın 28-də parlament tərəfindən təsdiqlənən heyət yanvarda Bakıdan Batumi, oradan gəmi ilə İstanbula çatır. Amma konfrans yanvarın 18-də başlayanda onlar hələ İstanbulda qalmışdılar – Antanta qüvvələri (İngiltərə və Fransa) viza vermirdi, çünki Qafqaz respublikalarını tanımır və Ağ qüvvələri dəstəkləyirdilər.

Bir platforma və bunu deyən yazı "DONALDJ. TRUMP INSTITUTE OF PEACE BOARD BOARDofPEACE of PEACE RGENTINE FTARY mnMA 米 * ARMENIA PAKISEAN USA KOSONO TORKIYE FAI ZERBAUAN" şəkili ola bilər

Aprelin 22-də nəhayət viza alıb “Bolqarıstan” paroxodu ilə yola düşdülər: Selanik, Pirey, Messina, Neapol dayanacaqları ilə uzun dəniz səyahəti etdilər və yalnız mayın 7-də Parisə çatdılar.

Prosesdə elə qəribə faktlar var ki:

Bəzi üzvlər (məsələn, Əli bəy Hüseynzadə) viza ala bilmədi, Əhməd bəy Ağaoğlu sonradan ingilislər tərəfindən Malta adasına sürgün edildi.

Gecikməyə baxmayaraq, ABŞ Prezidenti Vilsonla mayın 28-də görüş keçirdilər və Azərbaycanın de-fakto tanınmasına (1920-ci il yanvar) zəmin yaratdılar.

Bir dərs şəkili ola bilər

Üzərindən keçən 108 il – Versal–Vaşinqton sistemi müstəqilliyimizi qorumağa yetməmişdi, ölkə işğal edilmiş, dəmir pərdələr endirilmişdi. 1945-ci ilin şərtləri ilə isə SSRİ tərkibində qatıldığımız Postdam–BMT sistemində nə biz özümüz idik, nə də səsimiz.

O düzdür ki, yüz ildən bir dünyada tarix dəyişir, qüvvələr balansı, güc oynaması dövlətlərin sabit dalğada qalmalarına zərbə vurur.

İndi dünya daha bir nizama hamilədir.

BMT funksiyalarını itirir, qlobal hüquq işləmir, güc və kəskin münasibətlər müharibələrə doğru sürüklənir. O baxımdan heç nə daha əvvəlki kimi olmayacaq dünyada yeni-yeni güc mərkəzləri, təşkilatlar doğulur.

Yüz il əvvəl özümüzü təqdim etmək üçün yollandığımız qlobal düzən aparatına yüz il sonra nizamqurucu kimi qatılmaq vizyonunu əldə etdik.

Şəkilin açıqlaması yoxdur.

Təsəvvür edin ki, yüz il əvvəl Vilson “Azərbaycanın yerini xəritədə gizlicə axtardı və ‘soruşmağa risk etmədim’ dedi”yi nöqtədən Donald Trampın Əliyevi “dostum” adlandırdığı, strateji müttəfiqliyə qədər yüksəldik.

Bu gün Vaşinqtonda Sülh Şurası işinə başlayır – o, əslində dünya nizamının qurulmasının ilkin addımlarını atır və biz Lideri ilə ölkə olaraq prosesin içərisində yer alırıq.

Əziz Əlibəyli