Son il yarımda baş verən və hazırda da davam etməkdə olan bir çox hadisələr prosesin 2020-ci ilin 27 sentyabr tarixindəki alqoritmik nəticə ilə bitəcəyini göstərir:
Ermənistanın hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxartmaması;
Rəsmi İrəvanın 10 noyabr Bəyannaməsi ilə üzərinə düşən öhdəliklərin icrasından boyun qaçırması, müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışması;
Vətən savaşının başlanmasına qədərki dövrdə olduğu kimi Prezident İlham Əliyevin ardıcıl şəkildə Ermənistana xəbərdarlıq mesajları göndərməsi;
Ali Baş Komandanın ritorikasının sərtləşməyə doğru istiqamət alması;
Quru səhdlərin açılmaması;
Pandemiya ilə bağlı karantin rejiminin gücləndiriləcəyi ilə bağlı ictimai rəyin hazırlanması;
Qoşun birləşmələrinin müxtəlif bölmələrinin dislokasiya yerini ön cəbhəyə doğru dəyişməyə başlaması ilə bağlı xəbərlərin artması;
Döyüş təlimlərinin intensivləşdirilməsi və s.
Prezident İlham Əliyevin 2022-ci ilin ilk 6 ayının yekunları ilə bağlı müşavirədə Ermənistana və himayəçisinə yönələn açıq və sərt xəbərdarlığı dözüm limitimizin başa çatmaqda olduğunu göstərir. Rəsmi İrəvan (dolayısı ilə həm də Rusiya) dövlətimizin 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməsinin 4-cü və 9-cu bəndlərinin icrası ilə bağlı haqlı tələbinə adekvat reaksiya verməyəcəksə Azərbaycanın qış düşənədək “sülhməramlıların” müvəqqəti nəzarət zonası və Qərbi Zəngəzurda qısamüddətli və sürətli anti-terror əməliyyatına başlayacağı regionda marağı olan heç bir geosiyasi güc üçün sürpriz olmayacaq.
Elməddin Behbud/ictimai xadim