Dünən “Yaşma” ilə bağlı qısa araşdırma edirdim. Gördüm ki: Bu adın, sözün gücü o qədər böyükdür ki öz daşıdığı simvolik mənanı belə aşır.


Demək olar ki, Şərq ölkələrinin əskəriyyətində bu söz işlənir. İnsan adları və sifətlər olaraq. Bu həmdə sözün böyüklüyüdür təkcə Azərbaycan dilində deyil, digər qədim dillərin leksikonunda olan ortaq sözlərdən biridir. Bunu niyə vurğuladım, əslində dil ictimai varlıq olaraq genetik kodların tarixi daşıyıcısı rolunda çıxış edir. Nəzərə alsaq ki, Qədim dövrdə, Yaşma-adına qarşı xüsusilə, Hindistanda İlahi qüvvəyə çatma vasitəsi olaraq tarixin yaddaşında dini mətnlər vasitəsilə qorunub saxlanılmışdır. Bu gün o, adı eşidənlərin əminəm ki böyük əksəriyyəti ermənilər, farslar, Hindlilər öz Zehiniyyətlərində, keçmişlərinə doğru bir xatırladıcı ismarıc göndərməkdədir.


Maraqlı məsələ burasındadır, Bu sözün tarixi qədim Hind Purana mətnlərinə dayanır və anlamı “qiymətli daş”, “Daşdan düzələn hər şey” mənası elə “yaş-ma” hecası olaraq ifadə edilmişdir. Bu gün həmin mistik, transendental söz Azərbaycan ordusunun, xalq ordusunun məhək daşını simvolizə edir. Zira, Burada forma məzmunu, məzmun da formanı tamamlayır.
30 illik- məğlubiyyət psixologiyası bizə Kərbəla faciyəsi kimi görünmüşdü, məzlum rolunda çıxış edirdik. Təəsüf ki, Özümüzü döyüşçü səviyyəsində apara bilmədik, millət olaraq.
Amma, Yaşmanın formalaşması ilə Azərbaycan dövləti və xalqı öz gücü bütün dünyaya göstərə bildi. Bu yolla, Yeni Azərbaycan döyüşçüsü-Yaşma döyüşçüsü, Könüllü döyüşən qüvvələr birliyi, bütöv ordu reallığının yaranmasına rəvac verildi.
Bunun əsasında da, Yaşma döyüşçü təfəkkürü yenidən Azərbaycan xalqının sosial sferasında, iyeyarxiyasında və hətta Zehniyyətində mövqey tutmağa başladı.
İndi isə bu məsələnin paralelində əsas məqsəd;
Yaşma- Döyüşçü təfəkkürünü, təkcə hərbidə deyil əsasən, dəqiq və humanitar elmlərə də tətbiq etmək zərurəti üzərində düşünmək lazımdır.

Elnur Süleymanzadə