Sabah Vətən müharibəsinin başladığı gündür.
Amma niyəsə və nə üçünsə sabahkı vacib və müstəsna günü “Anım günü” olaraq təkif ediblər.
Halbuki, bu, bizim qara zolaqdan çıxmağımızın ilk günü, tarixi və ideoloji bazisinin təməlinin atıldığı gündür.
Sözügedən aydan başlayaraq, təqvimin təxminən, 6 ayı – (son 2ildə) torpaq azad etdiyimiz gündür.
Nəhayət, 27 sentyabrda əsgərlərimizin and içib döyüşə atıldığı gündür.
Bu döyüş tarixi özü ilə azadlıq, şəhidlik və digər torpaqların işğaldan qurtarılmasını gətirdi.
Çünki 27 sentyabr günü ordu vətən andı içmişdi.
Sözügedən prosesin adı şəhidlərin də xatirəsinə Milli Anım Günü deyil, Milli And Günü olmalıdır.
Bu, onların xatirəsini təkcə, 27 sentyabr günü anmaqla yetməyəcək, xalqımızın yaşadığı müddətdə andı olaraq qalacaq.
Əziz Əlibəyli