Rusiyada il ərzində 1.9 milyon adam ölür. Ölüm faizi çox yüksəkdir, müharibə gedən Əfqanıstan, İraq, Suriyadan belə yüksək.
Hər il 56 min adam araqdan zəhərlənməklə, 23 min intihar, 15 min QİÇS, 21 min yol qəzaları, 100 min adam yanğın və sairələrlə ölür. Ən qorxulusu hər il 167 min adam başqaları tərəfindən öldürülür.
Sözümün canı, bucür ölüm statistikası qarşısında Ukraynadakı 10-15 minlik itki 150 milyonluq əhali üçün heçnədir. Buna baxmayaraq ölkə xaosa qapanıb.
Ermənilərə baxın, 5 ildə 5 dəfə ağır, aşağılayıcı məğlubiyyətə uğrayıblar. Buna baxmayaraq təslim olmurlar, güclərini birləşdirib silah toplamağa başlayıblar ki, 6-cı savaşa başlasınlar.
Rusiya xalqından fərqli olaraq ermənilər milli-ideoloji düşüncədə çox bərkdirlər. Çox vacib cəhətdir, saydan, puldan, gücdən daha vacıb. Belə bir misal olaraq Husilərin də adını çəkmək olar, 2 trilyonluq Səudiyyə ordusunu barmaqlarına dolayıblar.
Azərbaycanda milli-ideologiya çox zəifdir. Bizim bəxtimiz gətirib sayımız çoxdur, neft-qaz Ermənistanda yox bizdə çıxır, Türkiyə onlara deyil bizə qardaş ölkədir. Saydığım cəhətlər Ermənistanda olsa bizi Cənubi Qafqazdan tamamən silmişdilər.
Orxan Vəliyev