Aradan keçən iki ildə Əliyev – Paşinyan Avropa vasitəsilə 4 dəfə görüşüb.
10 noyabr razılaşmasına görə Azərbaycandan Naxçıvana Ermənistan avtomobil və dəmir yolu keçidi – dəhliz verməlidir.
Ukrayna müharibəsi qlobal təchizat yollarında ciddi problemlərə səbəb olub. Enerji, ərzaq və istehlak mallarının Şərqdən Qərbə daşınmasında böyük əngəllər meydana çıxıb.
Çünki Avropa Rusiyanı qlobal tədarük yollarından kənarda saxlamaq üçün alternativlər axtarışına baş vurub.
BTC bunlardan biri olsa da Qərb Gürcüstan vasitəsilə həyata keçirilən yolun aqibətini uzunmüddətli təhlükəsiz olacağına inanmır. ABŞ sanksiyaları və zəif nəqliyyat təminatı da İranı ciddi tərəfdaş kimi hesab etməyə imkan vermir.
Bir sözlə, dünya elə bir vəziyyətə gəlib ki, Sakit Okeandan Atlantik Okeana gedən qlobal yolun reallaşması üçün Zəngəzur dəhlizi açılmaq məcburiyyətindədir.
Bunu bilən Rusiya və Avropa bölgədə üstünlük əldə etmək üçün rəsmən savaşa daxil olublar.
Bu mübarizədə isə bir narahat tərəf var:
İran – türk ölkələri arasında əsas əlaqə onun vasitəsilə həyata keçirilir və rentabelli deyil.
Əziz Əlibəyli