Əliyev ekoloqları cəbhəyə sürdü
Güllələr açılmadı, amma hədəf vuruldu
Sülhməramlılarla Qarabağ erməniləri arasında niyə qarışdırma başladı?
Bir ay əvvələ qədər iki məsələ haqda konkret fikir sahibi idim:
- 44 günlük müharibə nəticəsində əldə edilən psixoloji – siyasi və informativ – ideoloji üstünlük zəifləmişdi.
- Azərbaycanla Ermənistan arasında toqquşma başlaması labüd idi.
Lakin heç kəsin proqnoz etmədiyi bir nöqtədə Azərbaycan prezidenti elə bir gediş etdi ki, həm münasibətlərdə üstünlük geri qaytarıldı, həm də müharibəyə bərabər,, bəlkə daha kəsərli təsir alternativi yarandı.
Əliyevin üstün zəkaya söykənən addımı aşağıdakı nəticələri doğurdu: - Erməniməramli rus qüvvələri xüsusilə dəhliz nəzarətində və bölgədəki terrorçuların silahlanmasında oynadığı mənfi rol sayəsində düşmən mövqelərində olmaları fikrinə qədər münasibət formalaşdı.
- Araik Arutyunyan kartı ilə Fransa cəbhəsini Rusiyanın alternativi kimi fəallaşdırmaq məqsədilə baş terrorçunun Fransaya “müstəqil prezident” kimi səfəri təşkil edildi.
- Rusiyanın məğlub olmayacağı təqdirdə isə Arutyunyanin əvəzi kimi hazırlanan milyarder Ruben Vardanyan kimliyini qondarma rejimin rəhbəri kimi hazırlayanlar onu müxtəlif formalarda və vaxtlarda Azərbaycanın qarşısına – tərəfə kimi çıxarmağı hədəfləyirlər.
- Azərbaycan Sərsəng üzərindən birgə əməkdaşlıq kimi iki dəfə işə saldığı mexanizm ilə bölgədəki ermənilərlə təmasa başlamış oldu. Lakin Azərbaycan tərəfi sözügedən ermənilərə öz vətəndaşları kateqoriyası ilə yanaşır və bunu birgəyaşayış, inteqrasiya prosesinin vahid tərkibi kimi baxır.
- Bu gün ekoloqların vasitəsilə başlanan proses uğurlu olmaqla yanaşı bölgədə ermənilərlə ruslar arasında, Qarabağ erməniləri ilə Ermənistan arasında parçalanma doğurdu.
Aşağıdakı məsələlərə baxaq:
Ekologiya Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzerGold” QSC-nin əməkdaşları Xocalıda yerləşən qərargahında Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr aparıblar.
Müzakirələr zamanı Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində “qanunsuz iqtisadi fəaliyyətin tərkib hissəsi kimi faydalı qazıntıların qeyri-qanuni istismarı” ilə bağlı narahatlıq və narazılıq ifadə olunub, Ekologiya Nazirliyindən bildirilib.
Xankəndi ermənilərinin müxalifət lideri Tiqran Petrosyan sosial şəbəkədə
bildirib ki, dekabrın 10-da bir qrup Azərbaycan vətəndaşı Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun müşayiəti ilə Martakert rayonundakı Drmbon (Heyvəlinin azərbaycanca adı) və Kaşen (azərbaycanca adı Dəmirli) yataqlarına çatmağa çalışıb.
Petrosyan “hakimiyyətdən” Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağ ərazisinə necə keçə bildiyini və dövlət orqanlarının niyə buna mane olmamalarını soruşub.
Maraqlıdır ki, yerli əhalinin sayəsində qarşısını kəsilən Azərbaycan nümayəndələri daha sonra Dəmirli yatağına gediblər ki, orda da qabaqlarına
“DQ” Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyn çıxıb və imkan verməyib.
Maraqlıdır, mədənə daxil ola bilməsələr də, ora qədər çata bilmələri addım olaraq qondarma rejimin təməllərini sarsıdıb.
Məsələn, “Mənim sağım” müxalifət hərəkatının və Dağlıq Qarabağ İnqilab Partiyasının lideri Artur Osipyan bildirib ki, Rusiya sülhməramlıları tərəfindən “Azərbaycanlıların Drnbon və Kaşenə qədər müşayiəti” “noyabrın 9-da verilən bəyanata əməl edilməməsinin pozulmasıdır.
Və o iki düşmən hədəf açıqlayıb:
- Rusiya Federasiyasının Artsax (Dağlıq Qarabağ) Respublikasında yerləşən sülhməramlı kontingentin komandanlığı”
- Vitali Balasanyan
Xəritədən baxaq:
- Azərbaycan nümayəndələri olan yer sarı rənglə qeyd olunub
- Yaşıl və mavi xətlərin qovşağının başlanğıcı azərbaycanlılarin mülki əraziyə gəldiyi yerdir.
- Mavi xətt erməni əhalinin gəldiyi yoldur
- Yaşıl xətt ilin sonuna kimi başa çatdırılacağı vəd edilən, lakin 2 aydan artıqdır işləməyən ‘Kaşen-Nerkin Oratax” (Dəmirli – Orataq, Ağdərə ərazisi)yolunun 11 km-lik hissəsidir.
- Qırmızı olanı tezliklə təhvil (iddiaya görə bizə) veriləcək.
Hələ ki, nəticə olaraq əladır.
Əliyevin dühası Qarabağ ermənilərinin parçaladı
Ruslarla düşmən etdi
Siyasi qarşıdurma yaratdı
İnformasiya savaşında təşəbbüsü geri qaytardı
Bunun adı güllə atmadan inteqrasiya etməkdir.
Qarşıda ağır qış ayları var:
Azərişıq, Azəriqaz üçün münbit şərait yetişir.
Ondan sonra isə isti yay havalarının mütləq faktoru – meşə yanğınları var:
Bizim isə yüksək səviyyədə texnikalarla təchiz edilən Fövqəladə Hallar Nazirliyi.
Bütün hallarda o yanğın sönəcək. Həm də əbədi.
Əziz Əlibəylinin qələmindən.