Priqojin Sürət deyil. Sürət yun fabriki səviyyəsində direktor-fırıldaqçı idi, Prigojin isə müharibə təcrübəsi və cinayətkar aləmdə böyük hörməti olan siyasi-hərbi-kriminal-mafioz avtoritet. Rostov Gəncə deyil. Rostov «папа» dır. Rusiya kriminal aləminin Ata şəhəridir. Çevriliş ordan başlamalı idi, ordan da başladı.Sürət 20 tankla Bakıya qədər gəldi. Çünki, qabağına çıxmağa əsgər yox idi, hökümət heç yox idi. Xalq da çıxmadı, çünki xalq da Sürətin ətrafındakı kriminala rəğbət bəsləyirdi. Priqojin də Moskvaya yürüş edəcək, çünki qabağına çıxmağa ordu yoxdur. Çox yaxında Rusiyanın ən elit hissələrinin bir-birini qırmasının şahidi olacaqsınız. Rusiya Azərbaycan deyil, çox böyük, köhnə, kasıb və gücsüzdür. Azərbaycan faktiki 3 yerə parçalanmışdı, Rusiya da parçalanacaq. Hələlik iki yerə. Sonrası, Rusiyanın hara gedəcəyinə bağlıdır. 2024-ə, yoxsa 1918-ə.Yəni, sonrasına sonra baxacaqlar. Siz də baxın. Hələkik Rusiya Teleqram kanallarına və AzTv-yə. Çünki AzTv bir azdan Rusiyanı bütün səbəblərin günahkarı elan edəcək. Rusiya bizə yaşatıqlarının hamısını saniyə-saniyə yaşayır və yaşayacaq. Amma bir fərqlə. Rusiyanı qoruyacaq “Heydər Əliyev” yoxdur.
Müşfiq Hüseynov