Azərbaycan – Türkiyə İttifaqına doğru
Dünən Əliyevin hərbi notlu çıxışı tirajlananda uzaqmənzilli raketlər və yeni nəsil PUA-ların alınması + yeni komando hərbi hissələrinin yaradılmasının davam etməsi mesajları gündəmdə ciddi rezonans yaratmalı idi:
Görünür ki, Əliyev dünya xəritəsini çox peşəkar oxuyur və oyun qaydalarını mahir formada bilir. Hətta gedişatla yanaşı nəticəni də proqnoz edə bilir:
İndi iki formada addım atılacaq:
Azərbaycan – Türkiyə İttifaqı yaradılmalıdır.
Azərbaycan -İran münasibətlərinə yenidən baxılmalıdır.
Dünya heç vaxt olmadığı qədər öz siyasi oxundan oynayıb. Çünki Rusiya xəritədə hamıdan çox yer tutur və o tərpənəndə bir çox balans pozulacaq.
Nəhayət, yüz il əvvəl Zəngəzurda general-qubernatorluq qurub, Naxçıvanı Ermənisatana hədiyyə verməyə çalışan Vidronun nəvələri yüz il sonra metallurgiya zavodu tikdiyi Arazdəyəndə nə sürprizlər edəcəyini anlamamaq mümkün deyil.