Əliyevin Qazax səfəri: Yeddi kəndlə bağlı hərbi-strateji ölçülər

Prezident İlham Əliyevin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

TEZİSLƏRİM

  • Əliyevin səfəri Qazaxın yeddi kəndinin işğaldan azad edilməsi üçün hərbi planların tərtib edilə biləcəyindən xəbər verir.
  • Azərbaycanın yeddi kəndlə bağlı planlarını icra etməsi, bunu Ermənistanla danışıqlarda müzakirə vurğusuna çevirməsi İlham Əliyevin Qazaxa səfərinin hərbi-strateji əhəmiyyətini izah edir.
  • Əgər yeddi kənd danışıqlar yolu ilə geri qaytarılmasa, DSX sərhəd təhlükəsizliyi siyasətinin effektiv həyata keçirilməsi üçün Silahlı Qüvvələrin digər komponentləri ilə koordinasiyalı şəkildə əməliyyat keçirib onları azad etməlidir.
  • Çünki sərhəd bölgəsindəki işğal faktının qalması, bunun gələcəkdəki təzahürləri Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü əleyhinə qəsdə çevrilə bilər.
  • Qazaxın yeddi kəndini işğaldan azad etməsi üçün başlanan həmlələr İlham Əliyevin DSX qarşısında Ali Baş Komandan kimi tapşırıq və əmrlərini qiymətləndirməyə imkan verir.
  • Əliyev, böyük ehtimalla, Qazaxa səfəri zamanı DSX-nin ümumi qiymətləndirmələrə münasibətini öyrənib, mümkün əməliyyatlar üzrə yeni tapşırıqlar verib.

Ümumilikdə İlham Əliyevin Qazaxa səfərinin hərbi aspektləri:

Azərbaycanın sərhəd təhlükəsizliyinə konseptual olaraq yenidən baxdığını göstərir,

DSX-nin Qazaxda yaratdığı effektiv sərhəd nəzarətinin yeddi kəndin hərb yolu ilə azad edilməsi planında Silahlı Qüvvələrin, digər güc strukturlarının rolu və koordinasiya mexanizmlərini təkmilləşdirəcəyini qeyd edir.

Aqşin Kərimov, siyasi şərhçi