Bu gün hazırkı çağırış parlamentin seçilməsindən 4 il ötür. Açığını deyək ki, bu çağırış da digərlərindən fərqlənmədi. Yenə biz parlamentə xalqın inamının yüksək olduğunu deyə bilmərik. Parlamentin reytinqi prezidentin reytinqinin çox aşağısındadır və qanunverici hakimiyyət icra hakimiyyəti ilə faktiki uzlaşmır. Milli Məclisdə ayrılıqda çox dəyərli, xətri bizə əziz olan dostlarımız, müəllimlərimiz var. Ancaq söhbət ümumi işdən gedir. 4 il kifayət qədər vaxtdır. Yəqin ki, bir neçə ay sonra yeni parlament seçiləcək. Etiraf edək ki, bu dəfə də olmadı. Qanun qəbul etmək, qanunu təsdiq etməklə alınmır. Ali Notarius funksiyasından qurtulub parlamenti müzakirə meydanına çevirmək lazımdır. İnanıram ki, növbəti çağırışda bu reallaşacaq. Biz parlamentdən maraqlı müzakirələr, təkliflər gözləyirik. Parlament danışmaq yeri, siyasət yeridir. Seçki başlansın, əlbəttə, prossesdə aktiv iştirak edəcəyik. Necə iştirak edəcəyik bunu zaman göstərəcək.
Zeynal Əmrəliyev, siyasi şərhçi