Sovet Azərbaycanının Konstitusiyasındakı “mənzil hüququ” ilə müstəqil Azərbaycanın Konstitusiyasındakı “mənzil hüququ” arasında fərq nədir?
Qısası fərq odur ki, SSRİ-də vətəndaşların mənzillə təminatı dövlətin öhdəliyi idi. Yerli hakimiyyət orqanları xətti ilə və ya müəssələr tərəfindən müəyyən olunmuş qaydalara uyğun növbə sistemi var idi. Pis-yaxşı o sistem işləyirdi.
İndi dövlətin belə bir öhdəliyi yoxdur. Dövlətin öhdəliyi odur ki, vətəndaşı üçün elə şərait yaratsın ki, o minimal tələblərə cavab verən mənzil ala bilsin. İstəsə lap 100 mənzil alsın. Bunun üçün digər hüquqlar da təmin olunmalıdır. Layiqli məşğulluq, ədalətli əmək haqqı sistemi, işsizlikdən müdafiə sistemi, özəl mənzil tikitisinə şəritin yaradılması və s. Bunlar təmin olunan zaman alim də, fəhlə də, məmur da özü öz mənzil hüququnu reallaşdırmalıdır.
Əlbəttə dövlət imtiyazı olan və təminatsız qruplar üçün əlavə tədbirlər görməlidir. Yalnız imtiyazlılar və təminatı obyektiv səbələrdən olmayanlar üçün.
Sahib Məmmədov, hüquq müdafiəçisi