44 günlük qalibiyyətli Vətən Müharibəsi sadəcə 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. İlham Əliyev bu ilin İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryani dövlətlərin dövlət başçılarının 6-cı Zirvə toplantısı çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdirici rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaqdır. Bu isə ondan xəbər verirki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir. Dövlət başcısının İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü iki qonşu ölkə arasında münasibətlərin daha etibarlı mərhələyə yüksəldiyini təsdiq etdi. Bura da İran Prezidenti bildirib ki, başqalarının bizim münasibətimizə müdaxilə etməsinə imkan verməməliyik.

Bu görüşdə Azərbaycanla İran arasında “Şimal-Cənub” nəqliyyat həmçinin Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Zəngəzur dəhlizinin azad olunması nəticəsində İranında ondan faydalanacağı qeyd olunmuşdur. Zəngəzur dəhlizinin açılması Azərbaycanı regionun  ən mühüm nəqliyyat qovşaqlarından birinə çevirəcəkdir. Bu dəhlizin açılması ilə ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaqdır. Bununla da türk dünyası uzun müddətdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl bəzi qüvvələrin əsas məqsədləri türk dünyasında quru sərhəddinin ləğv edilməsi idi. Həmin qüvvələr qisməndə olsa buna nail olmuşdular. Biz Azərbaycandan Naxçıvana getmək üçün İran ərazisindən keçirdik, həmçinin yükdaşımalar zamanı bir çox problemlərlə qarşılaşırdıq. Zəngəzur dəhlizinin açılması isə bu problemlərin həllinə yol tapacaqdır. Bu dəhlizlə təkcə avtomobil yolları deyil, həm də keçmiş Naxçıvanla birləşən dəmir yolu bərpa ediləcəkdir, həmçinin kommunikasiyaların  açılması, boru və qaz kəmərlərinin açılması üçündə mühüm irəliləyişdir.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın Qərb rayonlarının Naxçıvanın quru sərhəddini birləşdirəcək, yəni rahat gediş-gəliş təmin olunacaqdır. Eyni zamanda Türkiyənin Türk dünyasına açılmasına şərait yaradacaq və eyni zamanda Çinin böyük kəmər yol layihəsinin bir qolunun buradan keçməsi ilə artıq Avrasiya yeni bir dövrə qədəm qoyacaq.

Sadıqova Fidan

Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi