Bildiyimiz kimi, Azərbaycan-Türkiyə münasibətləri və əlaqələri uzun illər boyu inkişaf etdirilmişdir. Azərbaycan-Türkiyə münasibətləri müxtəlif sahələr üzrə aparılmış və yüksələn xətr üzrə davam etdirilmişdir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var və bu əlaqələr tarixən inkişaf etmişdir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdəndir. Türkiyə və Azərbaycan tarixlərinin ən ağır dönəmlərində bir-birlərinə dəstək olmuşlar. Buna 1918 ci ildə Nuru Paşanın komandanlığı Türk Qafqaz İslam Ordusunun Bakını xilas etmələrini göstərə bilərik. Bu Azərbaycan üçün dönüş nöqtəsi idi. Heydər Əliyevin dediyi kimi türklərin Azərbaycana gələrək Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır.

Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki dövlət arasında münasibətlər mövcud olmuşdur. Bununlada diplomatik əlaqələr inkişaf etmişdir. 1967 – 1969 cu ildə Türkiyə Cumhuriyyətinin Baş Naziri Süleyman Dəmrəlin və Türkiyə prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin genişlənməsində böyük rol oynamışdır.

Azərbaycan-Türkiyə münasibətlərinin formalaşmasında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün müttəfiq rolunu oynayırsa, Azərbaycanında güclü dövlət olması Türkiyənin gücünün və rolunun artması deməkdir.

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri iki ölkə arasındakı münasibətlərin tarixini ən mükəmməl formul kimi qəbul edilməkdədir.

Azərbaycan – Türkiyə arasındakı münasibətlərə “Şuşa Bəyamnaməsinidə” göstərə bilərik. “Şuşa Bəyamnaməsi”ndən irəli gələrək Azərbaycan  Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə inkişaf edir və dərinləşir. “Şuşa Bəyamnaməsi”nin doğurduğu nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar davam etdirilir. Tələblər Şuşa Bəyamnaməsinin tələblərinə uyğunlaşdırılır və müxtəlif tədbirlər həyata keçirilir, çoxsaylı qarşılıqlı səfərlər baş tutur və təcrübə mübadiləsi aparılır.

Azərbaycan və Tükiyə arasında siyasi, iqtisadi, mədəni və hərbi münasibətlər inkişaf etmişdir.

İlk öncə ikitərəfli siyasi münasibətlərdən danışa bilərik. Siyasi münasibətlərin inkişaf etməsi ilə və Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan Tükiyə oldu. Bundan sonra iki dövlət arasında diplomatik əlaqələr yaradıldı. Diplomatik əlaqələrin yaradılması ilə iki dövlət arasında diplomatik danışıqlar aparıldı və müxtəlif sahələrdə sazişlər imzalandı. Buna misal olaraq Turqut Özalın 1992-ci il tarixli səfərini göstərə bilərik. Bu səfərdə Birgə Bəyanat haqqında saziş imzalandı. Tükiyə ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirən Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Xüsusilə vurğulamalıyıq ki, Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bölgədə sülh və əmin-amanlığın bərqərar olması işinə öz töhfəsini verir. İki qardaş ölkənin prezidentləri qarşılıqlı səfərlər etmişlər. Heydər Əliyevin ilk rəsmi səfəri 1994-cü ildə baş tutmuşdur. Səfər çərçivəsində elmi-texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

2003-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyev Türkiyə ilə münasibətlərə xüsusi diqqət ayırıb. İlham Əliyevin Türkiyəyə rəsmi və işgüzar səfərləri baş tutub. Bu Səfərlərdə Tükiyə Respublikasının prezidenti ilə siyasi, iqtisadi, mədəni və elmi münasibətlər həmçinin elmi və mədəniyyət sahəsində danışıqlar aparılıb və saziş imzalanıb.

Azərbaycanla Tükiyə arasında iqtisadi münasibətlərdən danışarkən 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsində” Türk petrolları şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın real təzahürüdür. Bunuda qeyd edə bilərik ki, Aəzrbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilə də Türkiyənin payı var. “Bakı-Tblisi-Ceyhan “, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Kürdaşı” və “Araz”- “Alov” – “Şərq” layihəsində.

İki ölkə arasında imzalanmış layihələrdən biridə TANAP layihəsidir. Bu layihə enerji təhlükəsizliyi baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Tükiyə ilə qaz nəqlinə 2018-ci ildən başlanmışdır. Türkiyə və Azərbaycan arasında ticari əlaqələrdə mövcud olmuş və bu hər iki dövlətin iqtisadiyyatının inkişafın mühüm təsir göstərmişdir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdəndir. Türk şirkətləri nəqliyyat, inşaat, sənaye, enerji, bank və sığorta kimi şirkətlərdir və Azərbaycan d fəaliyyət göstərməkdədir. Buda iqtisadiyyata müsbət təsirlərini göstərir.

Digər layihələrdən biri “Bakı-Tibilisi-Qars” dəmir yolu layihəsidir. Layihənin əsas məqsədi regional əməkdaşlığın və ölkələrimiz arasında tranzitin dahada artırılması idi.

Azərbaycan Türkiyə arasında mədəni münasibətlərdəndə xeyli danışmaq olar.  Adət-ənənə oxşarlığı baxımından yaxın olan hər iki xalq mədəni və kulturoloji əlaqələr qurmuşdur.

Mədəni əlaqələr sistemində elm-təhsil sahəsinidə xüsusilə vurğulamalıyıq. Elm və təhsil son dövürlərdə hər iki ölkə arasıda inkişaf etməkdədir. Hər il Azərbaycandan minlərlə tələbə Türkiyəyə, Türkiyə tələbələridə Azərbaycana gələrək təhsillərini davam etdirirlər.

Cənab İlham Əliyevin dediyi kimi Azərbaycan Türkiyə münasibətləri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızıdr.

Nəticə olaraq qeyd etmək istərdim ki, Türkiyə Azərbaycan arasında olan münasibətlər, formalaşmış əlaqələr artan xətt üzrə davam etməkdədir. Bu proses bu gün hər iki dövlətin yüksələn xətt üzrə inkişafına öz faydalarını verir. Bu münasibətlər hər iki dövlətin siaysi,iqtisadi, sosial və elmi-mədəni həyatınada təsir göstərir. Bu səbəbdəndə Azərbaycan-Türkiyə əlaqələri günü-gündən artır və iki qardaş ölkə bir-birinə dahada yaxınlaşır.

Xalıqova Ləman

Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi