Bildiyimiz kimi Zəngəzur dəhlizinin açılmasına qədər bir sıra planlar və ideyalar irəli sürülmüşdür. Qarabağın işgal altında olması bu məsələnin yerinə yetirilməsinə maneə olmuşdur. Və nəhayət uzun həsrətdən sonra, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı erməni işğalından azad etdikdən sonra işlər çox daha asanlaşmış oldu. Zəngəzur dəhlizinin açılması əslində zəruri hesab edilirdi. Dəhlizin açılması Azərbaycanın iqtisadi inkişafına və digər qonşu dövlətlərlə əlaqələrinə müsbət təsir göstərəcəkdi. Biz bunun sübutunu İlham Əliyevin çıxışı zamanı bildirdiyi “Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Biz bu yolu iqtisadi cəhətdən daha da səmərəli etməliyik” fikrindən də görə bilərik. Bu dəhliz sayəsində Azərbaycanın nəinki qonşu dövlətlərlə, hətta digər Avropa ölkələri ilə də iqtisadi əlaqələri olarsa, gəlirin həcmi daha çox artırmış olar. Bu fikri “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimsə şübhə yaratmamalıdır” cümləsi ilə də izah edə bilərik. Zəngəzur dəhlizinin açılması regional və beynəlxalq xarakterə malikdir. Bir çox Avropa ölkələri dəhlizlə bağlı öz fikirlərini irəli sürmüşdür. Onlara nümunə olaraq Çin, Qərb və Ərəb ölkələrini göstərmək olar. Ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin payına düşəcək faydaları hesablamağa çalışmışlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev istər müharibədən öncə, istərsə də sonra bu sahədə bütün əməkdaşlıqda hazır olduğunu bildirmişdir. Yalnız Ermənistan istisnadır. Həmçinin İlham Əliyev çıxışı zamanı “Zəngəzur dəhlizinin bizim gələcək maraqlarımıza da cavab verdiyi” fikrini irəli sürüb.

Nəticə olaraq deyə bilərik ki, artıq istər qonşu dövlətlər, istərsə də digər dövlətlərin hər birinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeləri ortadadır. Qeyd edə bilərik ki, həmin tərəflərin hansı mövqenı tutmalarından asılı olmayaraq Azərbaycan qarşısına qoyduğu həmin bu planı reallaşdırmaq gücündədir. Bunların hər birinin yerinə yetirilməsinə də Azərbaycanın siyasi iradəsi və hərbi gücü tam imkan verir. Bütün bu deyilənlərə baxmayaraq, Azərbaycanın atdığı bu addımın mənfi nəticələrə yol açacağını düşünən dövlətlər də var. Buna nunəunə olaraq İranı göstərə bilərik. Bu dövlət “Zəngəzur dəhlizini Ermənistanın ərazi bütövlüyünün pozulması” kimi qəbul edir. Və həmçinin bu dəhlizin irəvanın istəklərinə uyğun olmadığını da qeyd edir. Son olaraq qeyd edək ki, Zəngəzur dəhlizi yolları Azərbaycanla digər dövlətlər arasında asanlıqla iqtisadi əlaqələr qurulması üçün çox əlverişli bir şərait də olacaqdır. Beləcə Azərbaycan iqtisadi sahədə getdikcə yüksələcəkdir. Bir şeyi də unutmayaq ki, Ermənistan Zəngəzur dəhlizinə rusiyanın nəzarət etməsini qətiyyən istəməmişdir. Buna səbəb isə nəzarəti öz üzərinə almaq istəməsidir. Düşünürəm ki Ermənistan tez bir zamanda bu düşüncəsinin yalnış olduğunu anlayacaqdır.

Aysel Balayeva

Azərbaycan Universiteti