
Prezident İlham Əliyev: Qarabağa xoş gəldin deyərək, qonaqları bir -bir görüşərkən salamlayır.
Bu o Qarabağdır ki, zamanında İran Qacarları amansız müharibə aparırlar.
Bu o Qarabağdır ki, bölgəyə köçürülən ermənilərdən yeni bir erməni dövləti qururlar.
Bu o Qarabağdır ki, Rusiya imperatorunun şəxsi mülkləri sırasında yer alır.
Bu o Qarabağdır ki, 30 il də sırf Ermənistan Respublikasının işğalında olub.
Bu o Qarabağ idi ki, bir zamanlar Osmanlı imperiyasının da müvəqqəti əlinə keçir.
Bu o Qarabağdır ki, Azərbaycanın dövlətçilik ənənələrinin təməlləri orda atılır və daha sonra Kürəkçay, Gülüstan, Türkmənçay kimi kədərli razılaşma (yox bir qəlbdən, nə razılaşması, Tanrı eşqinə) mətnləri ilə, daha sonra DQMV, Artsax, Xocalı və s. faciələrlə son 300 ilimizin qara rəngində qaldı.
İlham Əliyev bu gün “Qarabağa xoş gəlmisiniz ” deməklə hər kəsə, hər şeyə, Gülüstana, Kürəkçayda, Türkmənçaya zibillikdəki yerini göstərdi.
İlham Əliyev region tarixinin ən uca zirvəsində ev sahibi kimi qonaqları salamlayır.
Tarixə qayıtmaq və simulyasiya qurmaq çox xoş olardı.
Pezeşkian Ağaməməd Qacar olsaydı, Ərdoğan II Əhməd olsaydı, Putin IAleksandr və ya I Nikolay olsaydı,
Əliyev qətiyyən İbrahimxəlil Xan olmazdı.
Mənə görə addımları sevdiyim digər şəxsiyyətlə eynidir, taleyi uzaq olsun.
Allah Nadir Şah Əfşara rəhmət eləsin.
Əliyev o qədər imperial adamdır.
https://www.facebook.com/aziz.alibeyli/videos/1368657860889635