
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Zəfər qazanandan sonra Azərbaycan dilinin tarixi sərhədlərə daşması, nüfuzunu bərpa etməsi gözlənilən idi.
Onun ən son böyük qazancı isə İran prezidenti Pezeşkian oldu.
Məhz dünənki gündə “Azərbaycan bizim canımızdır, özümüzük, arada problem varsa, günah bizdədir deməsi” ifadələrinə təkcə siyasi yox, filoloji də baxmaq lazımdır.
Adam hakimiyyət siması kimi öz dilində rahat danışa biləcəyi yeganə yerə – Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə, Xankəndi şəhərinə səfərindən sonra tamamilə dəyişdi.
Həm İran prezidenti olub, həm ana dilində qarşısındakı başqa bir dövlət rəhbəri ilə danışması doktor üçün doğma qardaş, dili, dini, kökü bir anlayışı doğurub.
Adam dərhal tək olmadığını başa düşüb və illərin repressiv İran siyasi mühitinin pərdələrini cırıb.
Allah Şəhriyara rəhmət eləsin.
Nə böyük abidəsən, sənətkar!
Əziz Əlibəyli