
Ayaqüstə dayanan: Cəmşid ağa Şəkibəyov – olduqca gənc, 17 yaşında atası ilə birlikdə ölkəni işğal edən bolşevik qüvvələrinə qarşı dağlarda savaşır və yekunda həbs edilərək, ÇK tərəfindən ölümə məhkum edilərək güllələnir.
Ortda dayanan digər oğlu – Ənvər Şəkibəyov/ sonra (atası öləndən sonra) internata verilir, İkinci Dünya Müharibəsində həkim kimi iştirak edir və sonra Azərbaycan Legionuna qoşulur, Sovetlərə qarşı savaşda iştirak edir və müharibədən sonra Türkiyəyə köçərək, orda məşhur həkim olur. Ötən əsrin 70-ci illərində haqqında xəbər tuturuq.
Qadın Ağanın “malakan”lardan olan arvadıdır – Manya nənə.
Qucağındakı körpə uşaq isə – (Bilənlər yaxşı xatırlayacaq) İsa dayımızdır.
Foto təxminən, 1926-27-ci illərə aiddir/ (Güman ki, Novo-İvanovka kəndində çəkilib.)
Bu fotodan 3 və ya 4 il sonra bölgədə başlayan amansız toqquşmalar bütöv bir nəslin soyqırımı ilə başa çatır.
Əlində Türkiyə və İrana keçmək kimi hər cür imkanlara rəğmən, qalıb dağlarda savaşı və ölümü seçmək, yalnız Şahanə sonluq və ölümün Şahlığı idi.
Ondan sonrakı SSRİ dövründə Ağanın yaşadığı Şah Talası Kolxoz yerinə çevrilir. Meyvə bağları doğranır, evi ruslar tərəfindən dəfələrə top atəşinə məruz qalır.
İndi də evin yerini və az miqdarda qalan ağacları o dövrün mirası kimi tapmaq mümkündür.
(Lakin, burda qeyd etmək istəmədiyim səbəblər də ağrıdıcıdır: Sonrakı illərdə bəzi şəxslər evin qalıqlarını daha da söküb yerində qızıl axtarmağa çalışıblar)
Nəhayət, Məcid ağa Şəkibəyov – özü ilə birlikdə, qohumları və dostları daxil, bölgədə Çar dövründə yüksək vəzifə daşıyıblar.
Cümhuriyyətin qurulmasına dəstək veriblər və ən əsası Gəncəbasar zonasında Qarabağdan, Başkəndə və ordan Şəmkirin Çardaqlı kəndinə hücum edən Andronikin quldur dəstələrindən təxminən 2 mindən artıq əsgərinə qarşı bir neçə dəfə döyüş keçirib, sonuncu nəfərinə qədər məhv edərək, o bölgədə soyqırımın törədilməsinin qarşısını alıblar. Bu mərhələdə Göyçə ağaları ilə birlikdə gölün sahilində də bir neçə uğurlu döyüşlər keçirirlər.
Təbii ki, SSRİ qurulduqdan sonra Stalinin sinif kimi ləğvini tələb etdiyi bəylərdən olan bu adamların əksəriyyəti əllərində olan yüksək maddi imkanlara baxmayaraq, bölgədə qalıb, düşmənlə savaşmağı və bunu Sovet mediasının da dediyi kimi əks-inqilabi hərəkata çevirmələri, (əslində işöğala qarşı hərəkat başlatmaları, çünki onların sırasında, dağlarda sadə əhalidən də qoşulanlar vardı) əsas qayə kimi özünü göstərir.
Bu şərəfli ömrün şərəfli ölümlə başa çatması isə hələ də insanların qəlbində illərə dayanan (az qala bir əsr) əbədi, xoş xatirə buraxmaqdadır.
Sizləri “ŞAH ÖLÜM” filminin Park Cinema kinoteatrlarında nümayişinə dəvət edirik!
Seanslar: Gün ərzində 3 dəfə
11.09.2025-ci il, axşam 20:40-da Metro Parkın 6 – cı kinozalında maraqlanan hər kəsi gözləyəcəyik!
Bu film zəhmət, tarix və yaradıcılıqla dolu bir layihədir. Sizi heyrətamiz səhnələr, maraqlı obrazlar və duyğusal anlar gözləyir!
Biletinizi new.parkcinema.az saytından tezliklə onlayn əldə edin və bizə qoşulun!
#ParkCinema#Premyera#TarixiFilm#AzərbaycanKinosu
