Müharibədə analar hansı rolu oynayır?Bu sual əslində cəmiyyətin müharibə haqqındakı fikirlərinin indikatorudur. Çünki müharibənin ədalətini hərbçi analarının düşüncələri həll edir.Baxın bu qadına…Yüz illik savaşın, əsrin müharizəsinin ritorik istəyini səsləndirir.“Uşağımı istəyirəm, oğlumun səsini eşitmək istəyirəm” – itkin əsgər anası deyir.O Ermənistan-Azərbaycan sərhədində sentyabrın 13-də gecə yarısı başlayan döyüşlər zamanı itkin düşən əsgər Vahe Torosyanın anasıdır.O ana savaşın kaderini bəlli edəcək maqnit dalgasıdir.Ermənistanli ana sadəcə oğlunu istəyir, Nikol kimi erməni xalqının övladlarını cəbhədə mənasız amallar uğrunda öldürdənlərə üsyan edir.Bu cür qan – qada ilə, mənəvi nifrətlə dolu cəmiyyətin qalib gəlməsi imkansızdır, çünki ruhani dünyaları çöküb, altında qalıblar.Artıq o ana, ümumiləşmiş erməni xalqının obrazı tarixi istəyini ortaya qoyaraq, “dənizdən – dənizə, artsakh, Böyük Ermənistan”, Ermənistanın sərhədləri kimi adlardan, torpaqdan, ümumiyyətlə məkandan imtina edib. Yəni erməni xalqı artıq imtina edib.Niyə o qadına qulaq asib, göz yaşını silmirsiniz?Niyə o qadının oğlunun sağ qayıtması üçün rəzil ideologiyanizdan imtina edib, Azərbaycan ilə sülhə gəlmirsiz?Ana qarğışı ilə çıxdığınız yolda başınız sağmi qalacaq?

Əziz Əlibəyli