“Wi-Fi(Wireless Fidelity) aparatları əsasən 2.4Ghz və 5.0Ghz tezliklərdə işləyən radio dalğalardır. Wi-Fi ilk dəfə Wi-Fi Alliance şirkəti tərəfindən yaradılan lokal simsiz şəbəkə texnologiyasıdır.
IEEE(Institute of Electrical and Electronics Engineers – Elektrik və Elektronika Mühəndisləri İnstitutu) cəmiyyəti tərəfindən təyin olunmuş 802.11 standartları əsasında işləyir. Wi-Fi “Wireless Fidelity – Simsiz Sədaqət” sözü mənasına gəlsə də həqiqət başqa cür baş verib. Wi-Fi heç nəyin abbreviaturası sayılmır. Wi-Fi Alliance aparıcı işçilərindən olan Phil Belanger öz açıqlamasında demişdir:
“Wi-Fi tamamilə gülünc bir sözdür. Hər hansı bir abbreviatura deyil. Bunun heç bir mənası yoxdur. Assosiasiyanın qurucu üzvləri olaraq, biz dərnəyimizin loqosu və adı üçün İnterbrand reklam firması ilə razılaşdıq. Nəhayət, bu texnologiya üçün IEEE 802.11b Direct Sequence adından daha cəlbedici ad lazım idi.” Beləliklə, bu reklam firması “Wi-Fi” sözünü ortaya çıxardı”.
Bu sözləri İT üzrə mühəndis ekspert Bəhruz Əliyev deyib.
Ekspert onu da bildirib ki, Wi-Fi aparatlarının evimizdə və ofisimizdə səmərəli və tam performansla işlədilməsi üçün bəzi məqamlarda diqqətli olmaq məsləhət görülür.
1. Wi-Fi aparatı alarkən araşırma aparılmalı ona qoşulacaq şəxslərin sayı müəyyənləşdirilməlidir.
2. İstifadəçilərin Wi-Fi aparatı ilə hansı resurslara qoşulacağı ayınlaşdırılmalıdır.
3. Aparat alarkən, araşdırma aparılmalı və bazarda ciddi müsbət rəy toplamış markaya aid aparat almağa üstünlük verilməlidir, əks halda qoşulma və işləmə ilə bağlı problemlərin yaşanması qaçınılmazdır.
4. Minimum 2.4Ghz və 5.0Ghz radio tezlik dəstəyi olan iki bandlı aparatların alınmasına üstünlük verilməlidir.
5. Wi-Fi aparatı yerləşdirmək üçün, uyğun yerin seçimi aşağıdakı məqamlara diqqətli baxaraq, edilməsi tövsiyyə olunur.
Otaqların beton divarları çox qalındırsa, və ya Wi-Fi aparatı qalın beton divarların arxasına yerləşdirilirsə, digər otaqlarda WIFI dalğaları ya olmayacaq, ya da çox zəif olacaq. Bəzi materiallardan dalğaların keçmə nisbətini təxmini olaraq, aşağıdakı, cədvəldəki kimi qeyd etmək olar:
Aşağıdakı düsturdan istifadə edərək Wi-Fi aparatlarını uyğun yerlərə yerləşdirmək olar.
(Açıq sahə) x (Təsir məsafəsi)=(Real Məsafə)
Misal: Aldığımız Wi-Fi aparatının siqnal məsafəsi açıq sahədə 400 m olsun. Otağın 1-ci daxili divarından keçdikdə, 400m x 15% = 60m olacağını görürük. Yəni divarın o biri tərəfində dalğanın məsafəsi 400 m-dən 60 m məsafəyə düşür. İkinci divardan keçdikdə isə 60m x 15% = 9m. Üçüncü divardan keçdikdə isə 9 m x 15% = 1.35m qədər siqnal məsafəsi olacaqdır. Beton divar qalınlığı çoxaldıqca, mobil avadanlıqların həmin dalğaları görmək məhdudiyyəti yaranır. Bu da öz növbəsində istifadəçinin avadanlığında zəif və donmalarla müşahidə edilən internet istifadəsi təminatına çevrilir.
Bu cədvəl və düsturdan istifadə edərək, Wi-Fi aparatlarınızı daha uyğun yerlərdə yerləşdirib daha münasib formada işlətmək mümkündür. Məsləhət görülür ki, ev və ofis tikərkən, qaranlıq nöqtələrin qalmaması üçün, əlaqədar İT mühəndislərindən şəbəkə layihəsi barədə tövsiyyə almaq unudulmasın. Təmir-tikinti bitdikdən sonra bəzi məqamların geri dönüşü olmur və məkan kefiyyətsiz simsiz şəbəkədən ibarət olur”.
Sonxeber.az