Yaponiyanın üç ən böyük Bankı Rusiya – Ukrayna müharibəsinə görə itkilərini açıqlayıb.Yaponiyanın üç bankı mart ayında başa çatan maliyyə ili üçün 2,7 milyard dollardan çox itirib.Yaponiya banklarının əsas itkiləri anti-Rusiya sanksiyalarının təsiri nəticəsində müştərilərin onlara verilən kreditləri qaytara bilməməsi ilə bağlıdır.Eyni zamanda, Rusiya ilə bağlı layihələrə qlobal maliyyə qurumlarından ayrılan vəsaitin ümumi həcmi təxminən 7,7 milyard dollara çatır.Yaponiya mayın 20-dən Rusiyaya yüksək texnologiyalı malların, o cümlədən kvant kompüterləri, 3D printerlər və elektron mikroskopların ixracını qadağan edəcək.Görün indi, təkcə Yaponiya nə qədər itirir.Bu arada Misirin müharibədən zərəri 8 milyard dolları da keçib.Bildiyimiz dünya müharibəsidir.