Ölkəmiz hazırda siyasi güc olaraq mövqelərini möhkəmləndirib. Bu gün dövlətimiz beynəlxalq siyasətin əsas oyunçusudur. Azərbaycan dünyada baş verən proseslərdə əsas nizamlayıcı qüvvələrdən biridir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasi kurs və ölkədə davamlı xarakter alan islahatlar nəticəsində Azərbaycan adı hadisələrə yön verən əsas faktordur. 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra isə Azərbaycan təkcə Avrasiya məkanı üçün deyil bütün matetriklər üçün tədqiq edilən areala çevrilib. Hazırkı dünya düzənində Azərbaycanın birmənalı yeri mövcuddur. Azərbaycan liderinin siyasi liderlik keyfiyyətləri, qalib lider xüsusiyyətləri, siyasi gedişləri beynəlxalq münasibətlər sistemində tədris edilən əsas nüanslardan birini təşkil edir. İlham Əliyev dünyanın ən vacib siyasi institutları və beyin mərkəzləri tərəfindən ehtiram edilən, qlobal nizama müsbət töhvələr verən rəhbər kimi xarakterizə edilir.
Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Tural İsmayılov bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın bütün coğrafiyalarını əhatə edən Qoşulmama Hərəkatı kimi vacib bir təşkilatı Azərbaycan daha da inkişaf etdirdi. Pandemiyanın ən kəskin dövründə cənab Prezidentin səyləri nəticəsində bəşəri ədalətsizliyə son qoyuldu. İlham Əliyevin “vaksin milləytçiliyi”nə qarşı apardığı mübarizə, bu həssas mövzunu BMT və Qoşulmama Hərəkatında daim actual saxlamağı problem kökündən həll etdi. Yoxsul və baxımsız ölkələrə qarşı edilən haqsızlıqların qarşısı alındı. Eyni zamanda ölkə başçısının bir çox ölkələrə səfərləri və keçirilən görüşlər, cənab Prezidentə Avropada, Asiyada, Türk Dünyasında olan inam Azərbaycanın maraqlarının ən yüksək kürsülərdə ifadə olunmağı ilə nəticələnir.
Azərbaycan qalib ölkə kimi bu gün Türk dünyasını birləşdirən lokomotiv güc nöqtəsidir. Türk dünyası uzun illər qlobal imperializmin qorxduğu bir istinad nöqtəsi hesab edilib. Əsrlər boyu bu böyük qüvvəni sabotaj etmək istəyən dünya Türk birliyini əsassız formada təhdid kimi görübdür. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Azərbaycan ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində Türk dünyasını birləşdirmək üçün mühüm addımlar atıb.
Tural İsmayılovun fikirlərinə görə Türkdilli xalqların inteqrasiyası ulu öndər Heydər Əliyevin daim diqqətdə saxladığı mövzu olub. Ulu öndər vurğulayırdı ki, bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Ulu öndər Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində Türk Birliyi məfhumunun vacibliyini çox dəqiq izah etmişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik».
Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycan rəhbərinin, bütün tərəfdaşlar kimi, türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışmışdır. O, türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak edərək formatın gələcək inkişaf meyarlarına danılmaz təsirlər göstərmişdir.
Ekspertin sözlərinə görə, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq TDT böyük inkişaf yolu keçib. TDT-nin ilkin forması olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilat kimi Naxçıvan Zirvə Görüşü ilə ərsəyə gəldi. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldı. DƏŞ katibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermiş, TDƏŞ baş katibi Bağdad Amreyev 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfər etmişdir. Bunun ardınca isə 44 günlük Vətən Mühariubəsində bütün Türk Dünyası tək yumruq halında Azərbaycanı dəstəklədi.
3 oktyabr 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının birliyi məsələsində öz prinsipiallığını nümayiş etdirdi. Cənab Prezident vurğuladı ki, biz çox istəyirik ktürkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır – təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Cənab Prezident bütün siyasi mərkzələrə göstərdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Ekspert xatırlatdı ki, Qarabağın azad edilməsinə görə ötən il Prezident İlham Əliyev İstanbulda ordenlə təltif edildi. Bu, türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymətdir. Həmçinin sonuncu Zirvə Görüşündə Macarıstanın baş naziri Avropanın alternativ enerji ilə təmin edilməsinə görə Azərbaycana təşəkkür etdi.
Tural İsmayılov/ STM-in sektor müdiri