![](https://27sentyabr.az/wp-content/uploads/2022/11/62e2a18a257b062e2a18a257b1165901965862e2a18a257ab62e2a18a257ae.jpg)
Tahirə Allahyarova, professor, Sosial Tədqiqatlar Mərkəzi
Ermənilərin saxtakar mahiyyətinə təəccüb də yetmir..
Bu gün erməni mediası dünyanın 8 milyardıncı sakininin guya Ermənistanın Gekarkunik rayonunda dünyaya gələn qız uşağı olması ilə bağlı saxta məlumatı tirajlayıb. Məlumatda utanmadan BMT-YUNİSEF-ə istinad ediblər.
https://armenpress.am/eng/news/1097296.html
Bu gün erməni mediası belə bir məlumat tirajlayıb ki, UNİCEF-in təsdiq etdiyi və dərc etdiyi məlumatlara əsasən, Geqarkunik rayonunun Martuni doğum evində Yer planetinin 8 milyardıncı sakini dünyaya gəlib.Doğum evinin direktoru Artur Hovhannisyan Armenpress-ə bildirib ki, yeni doğulmuş Arpi dünyada 8 milyardıncı insan kimi qeydə alınıb. O, Qeqarkunik rayonunun Tsovinar kəndinin sakinləri Karen Zakaryan və Ani Köçəryanın qızıdır, tam sağlamdır, 2 kiloqram 900 qram 49 santimetr boyunda doğulub.Geqarkunik rayonunun Martuni icmasının Tsovinar kəndinin administrasiyasının rəhbəri Arayik Tarpoşyanın sözlərinə görə, Yerin 8 milyardıncı sakini olan Arpinin atası ölkədən kənarda işləyir, anası evdar qadındır. Arpi bu ailənin üçüncü və çoxdan gözlənilən övladıdır. İlk iki uşaq oğlandır.
![](https://27sentyabr.az/wp-content/uploads/2022/11/image-17.png)
Araşdırmamız göstərdi ki, bu tamamilə saxta məlumatdır. BMT-nin rəsmi məlumatına görə dünyanın 8 milyonuncu sakini Filippin paytaxtı Manilada anadan olub. Bütün Filippin və dünya mediası bu xəbəri BMT-yə istinadən tirajlayır.
Çərşənbə axşamı Manilada doğulan qız körpəsi Vinice Mabansag Dr Jose Fabella Memorial Xəstəxanasında yerli vaxtla saat 1:29-da anadan olub. Xəstəxananın baş həkimi Dr Romeo Bituin bildirib: “Beləliklə, biz Filippində dünyanın 8 milyard körpəsinin şahidi olduq”. Vinisin anası Mariya Marqaret Villorente bildirib ki, qızının dünyanın ‘8 milyardıncı’ körpəsi sayılmasından xoşbəxtdir.
Baby girl born in Manila symbolizes being 8 billionth person in the world
![](https://27sentyabr.az/wp-content/uploads/2022/11/image-18.png)
![](https://27sentyabr.az/wp-content/uploads/2022/11/image-19.png)