Tahirə Allahyarova, professor, Sosial Tədqiqatlar Mərkəzi

Ermənilərin saxtakar mahiyyətinə təəccüb də yetmir..
Bu gün erməni mediası dünyanın 8 milyardıncı sakininin guya   Ermənistanın Gekarkunik rayonunda dünyaya gələn qız uşağı olması ilə bağlı saxta məlumatı tirajlayıb. Məlumatda utanmadan BMT-YUNİSEF-ə istinad ediblər.

https://armenpress.am/eng/news/1097296.html

Bu gün erməni mediası belə bir məlumat tirajlayıb ki, UNİCEF-in təsdiq etdiyi və dərc etdiyi məlumatlara əsasən, Geqarkunik rayonunun Martuni doğum evində Yer planetinin 8 milyardıncı sakini dünyaya gəlib.Doğum evinin direktoru Artur Hovhannisyan Armenpress-ə bildirib ki, yeni doğulmuş Arpi dünyada 8 milyardıncı insan kimi qeydə alınıb. O, Qeqarkunik rayonunun Tsovinar kəndinin sakinləri Karen Zakaryan və Ani Köçəryanın qızıdır, tam sağlamdır, 2 kiloqram 900 qram 49 santimetr boyunda doğulub.Geqarkunik rayonunun Martuni icmasının Tsovinar kəndinin administrasiyasının rəhbəri Arayik Tarpoşyanın sözlərinə görə, Yerin 8 milyardıncı sakini olan Arpinin atası ölkədən kənarda işləyir, anası evdar qadındır. Arpi bu ailənin üçüncü və çoxdan gözlənilən övladıdır. İlk iki uşaq oğlandır.

Araşdırmamız göstərdi ki, bu tamamilə saxta məlumatdır. BMT-nin rəsmi məlumatına görə dünyanın 8 milyonuncu  sakini Filippin paytaxtı Manilada anadan olub. Bütün Filippin və dünya mediası bu xəbəri BMT-yə istinadən tirajlayır.

Çərşənbə axşamı Manilada doğulan qız körpəsi   Vinice Mabansag Dr Jose Fabella Memorial Xəstəxanasında yerli vaxtla saat 1:29-da anadan olub. Xəstəxananın baş həkimi Dr Romeo Bituin bildirib: “Beləliklə, biz Filippində dünyanın 8 milyard körpəsinin şahidi olduq”.  Vinisin anası Mariya Marqaret Villorente bildirib ki, qızının dünyanın ‘8 milyardıncı’ körpəsi sayılmasından xoşbəxtdir.

https://www.gmanetwork.com/news/topstories/nation/851457/baby-girl-born-in-manila-symbolizes-being-8-billionth-person-in-the-world/story/?fbclid=IwAR2gyp_mgxdOFbscoqv0RJYfCwufX1pOvwH5OZNQv6qNYYXQCPP13km0kKE

https://www.gmanetwork.com/news/topstories/nation/851457/baby-girl-born-in-manila-symbolizes-being-8-billionth-person-in-the-world/story/?fbclid=IwAR2gyp_mgxdOFbscoqv0RJYfCwufX1pOvwH5OZNQv6qNYYXQCPP13km0kKE

Baby girl born in Manila symbolizes being 8 billionth person in the world