Əsas faktlara önbaxış
Z nəsli və ən gənc minillik nəsli yaşlı işçilər qədər məşğul deyillər.
Gənc işçilər karyera inkişafını və uzaqdan işləməyi yüksək qiymətləndirir.
Gənc işçilər menecerindən aydın gözləntilərə və rəylərə ehtiyac duyur.
Keçmiş həmyaşıd qruplar “kişiyə” qarşı gənclik müqaviməti və cəmiyyətin gözləntilərindən kənara çıxmaq cəhdləri ilə yadda qalır. Z nəsli isə daha az qəzəblidir və daha çox unudulub.
Z nəsli və ən gənc minillik nəsli, iş yerləri ilə bağlı daha çox qərarsızdır (yəni, işdə “məşğul deyillər”). Onların faiz nisbəti daha yaşlı həmkarlarından bir qədər daha yüksəkdir. Onların 54%-i məşğul deyil, bu da digər nəsillərdən bir qədər yüksəkdir. Lakin onların aktiv şəkildə məşğul olmamaq ehtimalı daha azdır. Əksər gənc işçilər həmkarları, menecerləri və ya işəgötürənləri ilə sıx əlaqə qurmaqda çətinlik çəkirlər.
İşəgötürənlər, menecerlər yeni və erkən karyera qurmuş işçilərin öz təşkilatlarına qoşulmasında mühüm rol oynayırlar. Digər tərəfdən, onlar işçinin həyat mərhələsində də rol oynaya bilər. Gənc işçilər daha yaxşı parametrə diqqət yetirdikləri üçün ideal olmayan şirkətə “məskunlaşmağa” daha az hazır ola bilərlər.
Amma bu o demək deyil ki, gənc işçilər daha təmbəldirlər. Gənc işçilər yaşlı nəsillərə nisbətən daha çox ümumi stress və işlə bağlı tükənmişlik barədə geri dönüş edirlər. Z nəsli və milenyum nəslinin 68%-i çox vaxt stress hiss etdiyini bildirir. Bu, iş yerlərindəki məsul şəxsləri narahat etməlidir. Stress və tükənmişlik iş performansına və uzunmüddətli karyera artımına təsir göstərir. Bundan əlavə, tükənmə fiziki sağlamlıq riskləri və zəif şəxsi münasibətlərlə əlaqələndirilir. Çox vaxt tükənmişlik yaşayan işçilərin işini tərk etmə ehtimalı daha yüksəkdir. Gənc işçilər arasında başqa bir faktorda bu “iş yerdəyişməsi” adlanır.
Beləliklə, Z nəsli və milenyum nəslindən olan işçilər ideal işəgötürən axtarırlarsa, bu zaman onlar ən çox nə istəyirlər?
Milenyum nəslinin 65%-i yeni bir işə baxarkən daha çox iş-həyat balansı və daha yaxşı şəxsi rifahı “çox vacib” kimi qiymətləndirir. Həmin nəslin iş-həyat balansı və rifah arzusu, maaş və ya müavinətlərin artırılması arzuları qədər demək olar ki, əhəmiyyətlidir.
Burada isə bir əngəl var: Gənc işçilər karyera yüksəlişini və onların rifahına fayda verən çevikliyi yüksək qiymətləndirirlər. Yaşlı nəsillərlə müqayisədə, milenyum nəsli daha çox karyera inkişafı (17%), uzaqdan işləmək (8%), daha çox iş-həyat balansı və daha yaxşı rifah (7%) axtarırlar.
Mənbə: GALLUP, Rayn Pendel və Sara Vander helm
Elnur Süleymanzadə
Sosial Tədqiqatlar Mərkəzi