Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər biryanlı olduğunu göstərən mühüm faktoloji əsasdır. Qərbi Azərbaycandan bir xalqın əsr boyu didərgin edilməsi, imperialist dairələrin bu reallığı görməzdən gəlməyi və nəticədə işğalın legitimləşdirilməsi, bir xalqın isə yurd-yuvalarından zorla kənarlaşdırılması prosesisinin ən dəhşətli mənzərəsidir. Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin, azərbaycanlı izlərinin Ermənistan dövləti tərəfindən total şəkildə saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam edir. Eyni zamanda Xankəndi və ətrafından yaşayan az sayılı erməni vətəndaşlarımızı separatçı oyunlara cəlb edən xarici güc faktorları sayısız azərbaycanlının Qərbi Azərbaycana qayıdış prosesindən bəhs edə bilmir. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi deməkdir. Qlobal nizamsızlıqdan biz heç nə gözləmirik, öz liderimizə güvənirik, həmçinin hər birimiz də Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.
Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da işləməliyik: “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış konsepsiyası olmalıdır”.
Bu tarixi amalın reallaşdırılmağı üçün dövlət başçısı öz qətiyyətini və dəstəyini nümayiş etdirib. Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazalarını formalaşdırmaqda bütün ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak etməlidir. İrəvandakı Təpəbaşı məhəlləsi də daxil olmaqla bir çox Azərbaycan abidələrinə qarşı Ermənistan vandallığı bir an olsun dayanmır. Əlimizdəki bütün mexanizmləri i.lək hala gətirmək üçün Qərbi Azərbaycan məsələsində də xalqımız vətəndaş birliyini ən yüksək səviyyədə nümayiş etdirəcək.
1988-ci il depotasiyasını bilavasitə yaşamış, o dəhşətli hadisələrin şahidi olmuş qərbi azərbaycanlılar var, onların beynəlxalq platformalarda səsini duyurmalıyıq. Həmin canlı şahidlərlə, deportasiya qurbanları ilə görüşlər keçirmək, onların xatirələrini dinləmək, onların dediklərini sənədləşdirmək lazımdır. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya edilən insanlarla bağlı sənədli filmlər hazırlanmağını təşviq etmə\k üçün işlər görüləcək yəqin. Həmçinin media mənsublarımız da deportasiya qurbanlarının taleyini daha çox işıqlandırmağa çalışacaqlar.
Ekspert bildirib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. Bu qədər azərbaycanlını doğma vətənlərindən məcburi çıxarıblar. Eyni zamanda bütün 20-ci əsr boyu Ermənistanın Qərbi Azərbaycan və bu bölgədən olan soydaşlarımıza basqıları davam edib. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və bu ağlasığmaz özbaşınalığa qarşı beynəlxalq sükut baş verib təəssüf ki.
Biz heç bir güc tətbiq etmədən Qərbi Azərbaycana qayıdışı reallaçdıracağıq. Qayıdış konsepsiyasında isə hər bir vətəndaşımız fəal iştirak etməlidir.